• $
  • £

Votivkirxa – Roman-katolik kilsə məbədi – REPORTAJ

Votivkirxa – Roman-katolik kilsə məbədi – REPORTAJ
15.01.2016 15:57
Rüstəm Qasımov

Votivkirxa (əhd kilsəsi) Vyanada yerləşən Roman-katolik kilsəsidir, məbəd Alzenqurd rayonunda, Vyana universitetinin yaxınlığındadır. Kilsənin nəhəng qüllələri çox hündürdür, ona görə də onu şəhərin əksər yerindən görmək mümkündür. 

Votivkirxa neoqotik üslubda tikilib və dünyada bu cərayanın ən əhəmiyyətli nümunələrindən biri sayılır, onun hündürlüyü 99 metrdir. Bina o qədər hündürdür ki, onun yaxınlığında dayananda şəkil çəkərkən bütün binanı horizontal formada fotoya yerləşdirmək demək olar ki, mümkünsüzdür. Əlac ancaq vertikal şəkil çəkməyə qalır. 

Məbədin xarici görkəmini pozan yeganə şey onun üz hissəsinə vurulan reklam posteridir. Ancaq digər tərəfdən reklamdan gələn gəlirdən kilsə də material baxımından qazanır və öz ehtiyaclarını təmin edir. 

Kilsəyə ən çox gözəllik bəxş edən onun qüllələridir. 

Biraz tarix barədə. Votivkirxa gənc imperator Frans-İosifin 1853-cü ilin 18 fevralında sui-qəsddən qurtulmasının şərəfinə minnətdarlıq kimi inşa edilib. Təqribən 100 metrlik hündürlük nəzərə alınanda Votivkirxa Avstriyada hündürlüyünə görə ikinci binadır. İmperatorun qardaşı Ferdinand Maksimilianın kilsənin tikintisinə ianə toplanılması ilə bağlı çağırışına imperiyanın 300 min vətəndaşı müsbət cavab vermişdi. Müsabiqədəki 75 layihə arasında 26 yaşlı gənc memar Henrix fon Ferstelin layihəsi qalib gəldi. Binanın tikintisi isə 23 il çəkdi. Kilsə 1879-cu ilin 24 aprelində imperatorun gümüş evliliyi günündə açıq elan edildi. 

Votivkirxaya baxanda, onun qotik üslubda inşa edilidiyini anlamaq elə də çətin deyil. Qüllələr, dayaqlar, fasad, pəncərələr bunu açıq aydın görünür. 

Votivkirxa ağ qumdan tikilib, ona görə də onu tez-tez təmir eləməyə ehtiyac duyulur. Onun bəzi hissələri tez qaralır. 

Binanın geniş masştablı təmiri İkinci Dünya müharibəsindən sonra baş tutub. Votikvirxanın ağımtıl qüllərlə sadəcə olaraq ecazkar görünür. 

Çox təəssüf ki, mən kilsənin içinə daxil ola bilmədim, həmin vaxt kilsənin içində film çəkilişləri gedirdi, içəriyə daxil olmağı qadağa etmişdilər. 

Ancaq Votivkirxa məni özünün xarici görünüşüylə də heyran edə bildi. Yeri gəlmişkən qeyd edim, Votivkirxa mənə bir tərəfdən Vyananın digər məşhur abidəsi Müqəddəs Stefan kilsəsini də xatırlatdı. 

Votivkirxada çəkdiyimiz şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 


























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Mədəniyyət 08:34
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Mədəniyyət 06:17
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam” – MÜSAHİBƏ
Mədəniyyət 01:08
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam”MÜSAHİBƏ
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Mədəniyyət 23:18
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir” – MÜSAHİBƏ
Mədəniyyət 22:39
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir”MÜSAHİBƏ
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Mədəniyyət 21:26
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Mədəniyyət 19:00
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Mədəniyyət 15:10
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Mədəniyyət 15:14
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol