Yuğ teatrı fəaliyyətini Kukla Teatrında davam etdirəcək
"Yuğ" teatrı fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə,
Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində
söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma
işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət
"Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə
tutulub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq
qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən "YUĞ” Dövlət
Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam
etdirəcəkdir.
www.ann.az
Son xəbərlər
Daha çox