• $
  • £

"Traviata": Bakı səhnəsində sevgi və ehtiras dramı – REPORTAJ

26.01.2016 16:57
Rüstəm Qasımov

Ötən bazar Azərbaycan Dövlət Opera və Balet teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata” operası təqdim edildi. Qeyd edək ki, "Traviata” operası ilk dəfə 6 mart 1853-cü ilin 6 martında Venesiyadakı "La Feniçe” teatrında təqdim edilib. "Traviata”nın süjeti oğul Dümanın "Kameliyalı xanım” dramından götürülüb. Qəhrəmanın prototipi isə məşhur parisli kurtizan Mari Dyüplessidir, onun gözəlliyi və zərifliyi dövrün bir çox məşhur şəxslərinin ağlını başından almışdı. "Traviata” ilə tanış olandan sonra Düma belə deyibmiş: "50 il keçdikdən sonra heç kim mənim "Kameliyalı xanım”ımı xatırlamayacaqdı, amma Verdi onu ölümsüz etdi”. 

Bu dəfə Violettanın partiyasını məşhur opera müğənnisi, Azərbaycanın əməkdar artisti İnara Babayeva (soprano), Alfred partiyasını isə əməkdar artist Fərid Əliyev (tenor) ifa edirdi. Bu düet səhnədə xarüqələr yaradırdı, "Libiamo-Brindisi” birinci aktının ariyası isə tamaşaçıları heyran etdi. Artistlər təkcə oxumurdular, onlar səhnədə öz qəhrəmanlarını yaşayırdılar. 
 


Jermon partiyasını Ukraynanın əməkdar artisti, vokalist Dmitri Qrişin, Markiz partiyasını Azərbaycan opera və balet teatrının solisti, Azərbaycanın xalq artisti Əli Əskərov ifa edirdi. Flora obrazını ifa edənsə Səbinə Vahabzadə idi. 

Səhnədə göstərilən tamaşa həqiqətən də fövqaladə idi, bunu tamaşaçıların sürəkli alqışları da sübut edirdi.
 

 
Orkestrin çıxışını da qeyd etməmək olmaz, müxtəlif beynəlxalq müsabiqələrin qalibi, "Zirvə” Dövlət mükafatı laureatı Eyyub Quliyevin işi heyratamiz idi. 

Qeyd edək ki, "Traviata” dünya operasında güclü və dərin hisslərlə müşayiət olunan ilk lirik-psixoloji operalardan sayılır. Məhz müasir süjet, sadəlik və intriqa insan duyğularına toxunan əsl realizm nümunəsi yaratmaqda Verdiyə kömək edib. Bu əsərin musiqisi xüsusilə diqqəti cəlb edir, operanın dünyada bu qədər məşhur olmasında da səbəb budur. Zərb musiqisi melodiyasından və ritmlərindən operada bolluca istifa edilib.
 


Kədərli sonluğa, Violettanın ölümünə baxmayaraq "Traviata” operası heç zaman ölməyəcək həqiqi məhəbbəti simvollarından sayılır. 

Elmi, təhsili, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az portalı şəhərimizdə baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur və Cüzeppe Verdinin ölümsüz operası "Traviata”dan çəkilən fotoları oxucularına təqdim edir. 

Xoş seyrlər: 
 




















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol