• $
  • £

“Əli və Nino” filmi ABŞ film festivalında nümayiş olundu

“Əli və Nino” filmi ABŞ film festivalında nümayiş olundu
29.01.2016 11:41
Çəkilişləri 2015-ci ildə həyata keçirilən "Əli və Nino” filminin ilk nümayişi olub.
 
Bu barədə APA-ya Heydər Əliyev Fondundan bildirilib. Məlumata görə, filmin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera” kateqoriyasında keçirilib.
 
"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.
 
Premyerada filmin rejissoru Asif Kapadia, prodüseri Kris Tikyer və Əli rolunun ifaçısı Adam Bakri iştirak edib.
 
Qeyd edək ki, rejissor Asif Kapadianın 2015-ci ildə çəkdiyi digər bir ekran əsəri - "Emi” ("Amy”) "Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında "Oskar”a namizəddir.
 
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.
 
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edir.
 
İctimaiyyətə ilk dəfə təqdim olunan film artıq dünya mediasının da gündəmindədir. Xarici media "Əli və Nino”nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki insan arasındakı münasibətlərin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri və Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini canlandırır, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya bilirlər.
 
 "Əli və Nino” filminin yaxın vaxtlarda Bakıda təqdimatı nəzərdə tutulur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol