• $
  • £

Vyana incəsənət evi: Hundertvasser muzeyi – REPORTAJ

Vyana incəsənət evi: Hundertvasser muzeyi – REPORTAJ
29.01.2016 11:59
Rüstəm Qasımov

Bugün biz sizinlə Vyana incəsənət evinə baş çəkəcəyik, bura təkcə özünün zəngin və müntəzəm yenilənən eksponat kolleksiyası ilə deyil, həmçinin möhtəşəm binasıyla da diqqəti cəlb edir. 

Vyana incəsənət evi 1991-ci ilin aprelində açılıb. Muzeyin yerləşdiyi bina bir vaxtlar məşhur Vyana oturacaqlarını istehsal edən fabrikə məxsus idi, sonradan bina dahi avstriyalı heykəltaraş və rəssam Hundertvasser tərəfindən yenidən inşa edildi. Və bu cəmi 2 il vaxt aldı. 
 


Binaya yaxınlaşan kimi o dərhal sizdə güclü təəssürat yaradır. Onun yanından etinsızca keçmək sadəcə olaraq mümkün deyil. O, digər paytaxt binalarından fərqli olaraq, görünüşcə də çox kreativdir. 

Hundertvasserin layihələşdirdiyi bütün ev və binalar özünəməxsus görünüşlə fərqlənirlər. Çünki heykəltaraş nə qədər qəribə səslənsə də, düşünürdü ki, binanı tikmək yox, sadəcə bəzək-düzək vermək kifayətdir. O həmçinin tikinti zamanı sadəcə təbii materiallardan məsələn, kərpiç, gil, çınqıldan istifadə edilməsinin tərəfdarıydı. 
 
 

Bundan başqa, Hundertvasser özünün memarlıq şedevrlərini bacardığı qədər təbiətə yaxınlaşdırmağa, məsələn, bərabər xəttlərdən, kəskin bucaqlardan qaçmağa çalışırdı. Onun tikintilərində təbii landşaftları xatırladan çoxlu detallarla qarşılaşa bilərsiniz. 

Qeyd edim ki, muzey içəridən daha maraqlı görünür, nəinki çöldən. Mozaikə quraşdırılmış vintli pilləkənlər, təbii günəş işığını içəri buraxan böyük pəncərələr, muzeyə çoxlu oksigen bəxş edən bitkilərin çoxluğu insana ləzzət verir. Hətta binanın döşəməsi belə hamar yox, kələ-kötürdür. 

Binanın içindəki təbii ağaclar və güllər ətrafa rahatlıq yayır. Bir sözlə, bu bina ənənəvi normalara sığmayan qeyri-adi məkandır. Burada təkcə arxitekturadan deyil, təbiətin özündən də zövq alırsan. 
 


İndisə kolleksiyalarına keçək. Birinci iki mərtəbədə Hundertvasserin daimi ekspoziyaları yerləşir, digər mərtəbələr isə müvəqqəti sərgilər üçün ayrılıb. 

Hundertvasserin ekspozisiyaları arasında rəsm bolluğu diqqət çəkir, çünki o təkcə heykəltaraş deyil, həm də istedadlı rəssam olub. 

Hundertvasserin həyat və yaradıcılığı ilə maraqlananlar üçün muzeydə videorolik göstərilir. Tamaşaçılar burada görkəmli memar və rəssam barədə ətraflı məlumatlara yiyələnə bilərlər. 
 


Muzeyin birinci mərtəbəsindəcə Hundertvasserin eskizləri əsasında hazırlanan əşyaları, incəsənətə dair kitabları, farfor, plakat və müxtəlif reproduksiyaları almaq olar. 

Vyanadakı Hundertvasser muzeyi çox məşhurdur, çünki heykəltaraşın şöhrəti o qədər böyükdür ki, şəhərə gələn turistlər mütləq onun muzeyinə baş çəkirlər. 
Muzey şəhərin gəzməli-görməli yerləri arasında əsas yerlərdən birini tutur. Məsələn, 2009-cu ilin statistikasına əsasən, muzeyi 174000 minsan ziyarət edib. 
Açıldığı gündən bəri Hundertvasser muzeyində 60 beynəlxalq sərgi və təqdimat keçirilib. Bütün bu işlər muzeyin peşəkar komandasının fəaliyyəti nəticəsində mümkün olub. 

Bununla Vyananın ən gözəl məkanlarından biri olan Vyana Hundertvasser muzeyinə səyahətimiz başa çatır. Sizə muzeydən çəkdiyimiz fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 










































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Mədəniyyət 08:34
Filarmoniyada klassik musiqi konserti - REPORTAJ
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Mədəniyyət 06:17
Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam” – MÜSAHİBƏ
Mədəniyyət 01:08
Anastasiya Tolstova: “Nail olduğum nə varsa, özüm nail olmuşam”MÜSAHİBƏ
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Mədəniyyət 23:18
Bakıda “Françeska da Rimini” baletinin premyerası – REPORTAJ
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir” – MÜSAHİBƏ
Mədəniyyət 22:39
Elnur Həsənov: “Rəssamlıq Allah vergisidir”MÜSAHİBƏ
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Mədəniyyət 21:26
Xor monastrı - Bizans kültürünün kiçik adası - FOTO
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Mədəniyyət 19:00
Rahmi Koç sənaye muzeyinin paravozları - FOTOLAR
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Mədəniyyət 15:10
Lahıcın dağ bitkiləri və ədviyyatları - FOTOLAR
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Mədəniyyət 15:14
Bakıda Aida Mahmudovanın fərdi sərgisi keçirilir - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol