• $
  • £

Gənclər günü münasibətilə “Ağ ölüm” göstərildi - Fotolar

Gənclər günü münasibətilə “Ağ ölüm” göstərildi - Fotolar
02.02.2016 21:51
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dövlət Dəmir Yolu Liseyi ilə birgə tədbir keçirilib. 2 fevral - gənclər günü münasibətilə həyata keçirilmiş tədbirdə çıxış edən Əməkdar Artist Mübariz Həmidov cəmiyyəti narahat edən problemlər içərisində ən böyük faciələrə səbəb olan narkomaniya və onun ölümcül fəsadları haqqında məlumat verib. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin direktoru, professor Həsən Bayramov çıxış edərək rəhbərlik etdiyi təhsil müəssisəsində narkomaniya ilə mübarizəyə qarşı "Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir” mövzusunda həyata keçirilmiş konfrans haqqında danışıb. 

Çıxışlardan sonra təhsil müəssisəsində keçirilmiş tədbirlərlə əlaqədar mükafatlandırma mərasimi baş tutub. Liseyin dama, şahmat, voleybol və bilik yarışlarında fəal iştirak edənlər diplom və mükafatlara layiq görülüblər. 

Daha sonra V.Siqarevin "Şeytan ailəsi” əsəri əsasında hazırlanmış "Ağ ölüm” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev canlandırıblar. 

Tamaşa Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq  ötən teatr mövsümü hazırlanıb. 

Səhnə əsərini Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivi və Arif Vəliyev adına 258№-li tam orta məktəbin şagirdləri izləyiblər.
 






 



                                                        

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol