İqtisadi böhran haqqında “Tənzimlənmə oyunu” filmi “CinemaPlus” kinoteatrında
Azərbaycan premium kinoteatrı "CinemaPlus”da "Tənzimlənmə oyunu” filmin nümayişi gedir.
Süjet qlobal maliyyə böhranından bəhs edir. Filmin rejissoru Adam McKey. Rollarda Finn Vittrok, Bred Pitt, Kristian Beil, Selena Qomez və Karen Qillan oynayırlar.
Söhbət puldan düşəndə, vicdan susur. Söhbət lap böyük pullardan gedərsə!... Bu real hadisələrə əsaslanan bir neçə uzaqgörən haqqında filmdir. Həmin uzaqgörənlər, bir birilərindən ayrı olaraq 2008 –ci ildə baş vermiş dünya iqtisadi böhranını, hələ heç Uoll-stritdə söhbət getməmişdən öncə proqnozlaşdırıblar və Beləliklə, həmin proqnozları ilə də qazanmağa başlayıblar. Özləri heç bunu istəmədən.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır. http://cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/
www.ann.az
Son xəbərlər
Daha çox