• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

“Sonsuz Dəhliz” filmi “Global Film Awards” mükafatına layiq görüldü

“Sonsuz Dəhliz” filmi “Global Film Awards” mükafatına layiq görüldü
28.05.2020 20:12
Xocalı soyqırımına həsr olunmuş "Sonsuz Dəhliz” filmi "Global Film Awards” mükafatına layiq görülüb

Litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor” (Sonsuz Dəhliz) sənədli filmi ABŞ-ın "Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin "Global Film Awards” müsabiqəsinin "Humanitar mükafatı” na  layiq görülüb. Həmin mükafat "Müstəsna nailiyyət” nominasiyası üzrə verilib. 
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, "Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir ki, onun məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri təqdim edilir və qaliblər film sənayesində öz sözünü demiş peşəkar və müstəqil münsiflər heyəti tərəfindən seçilir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb. 
 
"Global Film Awards” tərəfindən təqdim olunan "Humanitar mükafat”ın məqsədi  öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər jürilər tərəfindən il ərzində daxil olan yüzlərlə filmin içərisindən diqqətlə seçilir. 
Sözügedən müsabiqə artıq 11 ildir ki, keçirilir. "2015-ci il Humanitar mükafat”a layiq görülmüş filmlərin siyahısı aşağıdakı keçiddə verilib: http://globalfilmawards.com/about-global-film-awards
 
"Sonsuz dəhliz” filminin "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan və alman, ərəb dillərinə tərcümə edilib.  
 
Film Türkiyənin "Kanal 24”, "CNN Türk”,  Albaniyanın Milli Televiziyasında və İsrailin"Channel 1” televiziya kanalında nümayiş etdirilib.
 
Xatırladaq ki, filmin premyerası 2014-cü  il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. "Sonsuz dəhliz”  sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award”  mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. 
 
Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi  əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair sujetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb

Xalq artisti Roza Cəlilova vəfat edib
Mədəniyyət 10:22
Xalq artisti Roza Cəlilova vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox