• $
  • £

Azərbaycanlı ifaçı tarı ilə Fransanı heyran qoydu

Azərbaycanlı ifaçı tarı ilə Fransanı heyran qoydu
07.02.2016 18:30
Azərbaycanlı ifaçı Fransanın "O Səs” ("The Voice") müsabiqəsində hamını heyrətləndirib. 

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Araz Hümbətli müsabiqədə Kris Ayzekinrepertuarından "Wicked Game” mahnısını ifa edib. 

25 yaşlı Araz münsiflər heyətinin hamısının rəğbətini qazana bilib. O, səhnədə çıxışı zamanı tarla ifa edib. Azərbaycanlı ifaçı zalda əyləşən tamaşaçıları da pozitiv zarafatları ilə güldürə bilib. 
 
Dünyanın 50-dən çox ölkəsində yayımlanan "The Voice" televerilişinin lisenziyalı Azərbaycan versiyası da var. Səs Azərbaycan şousunun münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir. 

Əlavə edək ki, həmyerlilərimiz "O Səs Türkiyə" müsabiqəsində də uğur əldə edir. Bu mövsümdə də müsabiqədə iştirak edən azərbaycanlılar arasında ən yadda qalan Leyla Rəhimova, "Nəğd pul" qrupu və başqaları olub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol