• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

"​Qızılın qiyməti 1300 dollar/unsiyaya çata bilər"

09.02.2016 12:30
Qızılın qlobal xammal bazarlarında qiyməti yanvarın 29-dakı 1 108 dollar/unsiya səviyyəsindən artaraq dünən, fevralın 8-də 1 200 dollar/unsiyaya çatıb.

 Qızılın qiyməti dünya iqtisadiyyatı ilə bağlı gələn təhlükə siqnallarının artması fonunda ən etibarlı investisiya vasitəsi kimi tələbin artması nəticəsində son 8 iş günündə 8,3% və ya 92 dollar/unsiya artıb. Qeyd edək ki, son dəfə qızılın unsiyasının qiyməti 2015-ci il iyunun 19-da 1 200 dollar səviyyəsindən artıq olub. Qızıln bahalaşması hasilatçı şirkətlərin dünya fond birjalarında səhmlərinin qiymətinin kəskin artmasına səbəb olub.

"Report" xəbər verir ki, qızıla olan tələbin artması, dünya iqtisadiyyatında mənfi göstəricilərin açıqlanması, yaxın gələcəkdə müsbət dəyişikliyin gözlənilməməsi, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılmasının ertələnməsi ehtimalı fonunda 2016-cı ilin əvvəlindən qiyməti 12% qaldırıb. ABŞ-dan gələn son iqtisadi göstəricilərin proqnozlaşdırılandan aşağı olması, dünya iqtisadiyyatında, xüsusilə də Çində ÜDM artımının yavaşlaması və fond indekslərinin kəskin azalması FES-in uçot dərəcəsini artırmaq qərarını bu il ərzində ertələyəcəyini göstərir. Hətta, bəzi investorlar FES-in Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankı (BOJ) kimi mənfi faiz tətbiq edə biləcəyini ehtimal edirlər. Bu, həmçinin geosiyasi risklər qızılı alternativsiz investisiya alətinə çevirib.

"Report"un analitik qrupu qızılın qiymətinin ilkin olaraq 1 225 dollar/unsiya, daha sonra 1 300 dollar/unsiyaya qədər artacağını ehtimal edir. Ümumiyyətlə, FES uçot dərəcəsinin artırılmasını davam edərsə, bu, qızılın qiymətini orta müddətdə 800 dollar/unsiyaya qədər azalda bilər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol