Moskvadan Bakıya cəmi 69 avroya
![Moskvadan Bakıya cəmi 69 avroya Moskvadan Bakıya cəmi 69 avroya](https://anews.az/photo/850x500/2016-02/1455017598_azal_plane_160615.jpg)
"Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.
AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün "Domodedovo” və "Vnukovo” beynəlxalq hava limanlarından həyata keçirilir.
Qeyd edək ki, Bakıdan Moskvaya "Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:
Moskvada: +7 (495) 660-17-77
Bakıda: (+99412) 598-88-80; *8880
e-mail: [email protected]
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər