“Arşın mal alan” Türkiyədə böyük maraq var - FOTOLAR
Türkiyənin Kars vilayətində anadan olub. Musiqi onun həyatına çox erkən yaşlarında girib. Türkiyənin uzaq əyalətlərindən biri olan
Karsda başlayan müsiqi həyatını iyirmi altı ildir ki, Ankara Dövlət Opera və Balet Teatrnda davam etdirir. Konservatoriyadan əvvəl
dövlət rəqs ansamblında rəqqas kimi çıxış edib. 1984-cü ildə Hacettepe Universitetinin vokal bölümünə qəbul olub və 1989-cu ildə
oranı bitirib. O zamandan Ankara Dövlət Operasında çalışır. Onu müsiqi ilə bütünləşmiş insan adlandırmaq olar. Həyatında demək
olar ki, hər şey, hər kəs musiqi ilə bağlıdır. Xanımı Esin Talınlı da opera sənətçisidir. Qızı Aleyna Hacettepe Universitetinın musiqi
bölməsində oxuyur, Doğu Uşaq Orkestrndə violencel çalır.
Həmsöhbətimiz əsli İrəvanın Talın mahalından olan, Türkiyənin tanınmış opera sənətçisi, azərbaycanlı Şenol Talınlıdır:
- Şenol bəy özünüzü azərbaycanlı sayırsınızmı?
- Yüz faiz azərbaycanlı, yüz faiz türk sayıram (qətiyyətli səslə vurgulayır və gülür– müəl.)
- Azərbaycan sizin üçün nə deməkdir?
- Ata toprağı, ana toprağı deməkdir. Atam İrəvanda anadan olub, ana tərəfim Gümrüdəndir. 1900-cü illərin başında erməni zülmündən qaçıb Karsa sığınıblar. Sərhədlər bağlananda sonra Türkiyədə qalıblar. Köklərimiz İrəvanın Talın mahalındandır. Talınlı türk torpağı olub və təəssüf ki, indi ermənilərin əlindədir. Əmilərimdən Bakıda yaşayanlar da var. Soyadlarını dəyişdirdiklərindən onları tapa bilmədik. Bir sözlə valideynlərim azərbaycanlıdır, mən isə Türkiyədə doğulub böyümüşəm.
- Siz Azərbaycan mahnılarını qarmonda məharətlə ifa edirsiz. Qarmon çalmağı necə öyrəndiniz?
- Mən peşəkar qarmon ustası deyiləm. Azərbaycanda olan üstad qarmon çalanların yanında mənə qarmon ifaçısı demək ayıb olar. Azərbaycanda virtuoz kimi çalan qarmon ustaları var. O zamanlar valideynlər uşaqlarinı məktəbə qoymazdan qabaq mütləq ona bir musiqi aləti alırdı. Bu akkordeon da ola bilərdi piano, nağara, fleyta da. Bizim evdə də rəhmətlik atam hərəmizə bir dənə akkordeon almişdı. O illərdə Türkiyədə qarmon yox idi. İki bacım, qardaşim - hamımız musiqi ilə məşğul olurduq. Daha sonra böyük qardaşım professional akkordeon ustası oldu. İndi də özü Dövlət Rəqs Ansamblında qarmon çalır. Ötən əsrin 90-cı illərində sərhədlər açıldı və Azərbaycandan qarmon gətirməyə başladılar. Biz də akkordeonları bir tərəfə qoyub qarmon çalmağa başladıq. Çünki o bizim öz musiqi alətimizdir. Atamın çox gözəl tenor səsi vardı. Mən özümü tanıyandan musiqinin içindəyəm. Hələ doqquz yaşımda ikən toylarda nağara çalıb pul qazanırdım.
- Azərbaycan bəstəkarlarından kimləri daha çox sevirsiz?
- Azərbaycanda çox gözəl bəstəkarlar var. Vasif Adıgözəlov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev… saymaqla bitməz. Üzeyir Hacıbəyovu mən ayrı tuturam. Çünki o, Azərbaycan musiqisinin təməl daşını qoyan sənətkardır. Baxın 2016-cı ildə yaşayırıq. Türkiyənin hələ də milli operası yoxdur.
- Azərbaycanda yaşasaydınız bu gün Türkiyədə tutduğunuz mövqedən daha üstün mövqe tuta bilərdinizmi?
- Bunu Türkiyədə yaşayaraq demək bir az çətindir. Türkiyədə də çoxlu imkanlar var. Bir çoxları xarici ölkələrə gedir, karyera qura bilirlər. Amma məncə Azərbaycanda sənətə Türkiyədən daha çox dəyər verilir. Mən burada 26 ildir ki, operada baş rolda oxuyuram, aparıcı solistəm. Operada oxuduğum əsərləri Azərbaycanda oxusaydım, inanıram ki, artıq dossentlik, professorluk titulları almışdım, mənə, xalq artisti, əməkdar artist adı vermişdilər. Təəssüf ki, Türkiyədə belə imkanlar yoxdur.
- Çox yaxın dostum, sənətinə ifasına saygı ilə yanaşdığım Azər Zeynalovun adını çəkərdim. Gözəl sənətkar və gözəl insandır. Bu gün Azərbaycan operasındakı sənətkarların hamsi çox yüksək səviyyəli ifaçılardır. Çox istəyərdik ki, bizim operalarımız arasında mübadilə proqramı olsun. Amma bilirəm ki, indi operanın vəziyyəti çox yaxşı deyil, bina restavrasiya edilməlidir. İnşallah bu işlər başa çatınca dostlarımız bizi də dəvət edər, biz də gedib orda çıxış edərik. Bircə dəfə "Arşın mal alan” a dəvət etmişdilər, gedib oxumuşdum.
- Mənım çox zəngin repertuarım var, La Boheme, Der Zigeunerbaron, Mahlerin Səkkizinci simfoniyası, Yunus Emre Oratoriyası, Çanakkale Oratoriyası, G. Verdı Reguiem, Traviata… saymaqla bitməz. Bildiyim qədər hamısı Azərbaycan operasında oynanılır. Amma məni heç birinə dəvət etmirlər. Buradan Arif Məlikova, imkan tapmışkən, bir müraciət etmək istəyirəm (gülür).
- Siz ölməz sənətkarımız Rəşid Behbudovun repertuarında olmuş mahnıları böyük məharətlə ifa edirsiz. Bu maraq haradan qaynaqlanır?
- Rəşid Behbudov uşaqlıqdan sevdiyim xanəndələrdəndir. Amma mən onun sənətinn böyüklüyünü konservatoriya illərimdən, operanın içinə qirdiyim zamandan, solist kimi oxumağa başladığım vaxtdan sonra anladım. Onun ifasında Azərbaycan xalq mahniları və opera musiqisi gözəl sintez olunub. Türkiyədə bu indi dəyərləndirilməyə başlanıb.
- Bir azərbaycanlı ilə danışanda Anadolu türkcəniz hiss olunmur təmiz Azərbaycan turkcəsində danışırsız. Buna necə nail olursunuz?
- Ailədə hər zaman azərbaycanca danışırıq. Amma bu azdır. Azərbaycan türkcəmı mükəmməlləşdirmək üçün azərbaycanlılarla daha çıx ünsiyyətdə olmağım gərəkdir. Təəssüf ki, Karsda belə indi Azərbaycan dilində danışanların sayı azalıb. Valideynləri Azərbaycandan gələnlərin çoxu azərbaycan dilini bilmir, daha çox Anadolu türkcəsində danışırlar. Evdə hələ də kiril əlifbası ilə Mirzə Ələkbər Sabirin, Bəxtiyar Vahabzadənin kitabları var. Vaxtaşırı onları oxuyuram. Amma daha çox danışmaq gərəkdir. Mənə yol göstərə biləcək bir azərbaycanlı ilə ədəbi dildə oturub əməlli başlı söhbət etmək istəyərdim. Danışmadıqca dil unudulur.
- Türkiyə opera səhnəsində oynanılmış uğurlu və uğursuz hesab etdiyiniz Azərbaycan əsərlərindən danışa bilərsinizmi?
- Azərbaycan operalarından burada "Arşın mal alan”, "Məşədi İbad” və bir də "Zəngin atanın kasıb övladı” əsərləri səhnələşdirilib. "Arşın mal alan” ilk dəfə 1983-1988 illərdə səhnəyə qoyulub. Hətta Lütfiyar İmanov da çıxış etmişdi. Ondan sonra 2003-2006-cı illərdə Hafiz Quliyevin rəhbərliyi altında ikinci dəfə bu əsər səhnəyə qoyuldu. Mən orda Əsgəri, xanımım isə Gülçöhrəni oynadı. Üç ildən sonra əsər repertuardan çıxarıldı. Əsgəri oynayan digər sənətçimizin vaxtsız vəfatı və onunla oynayan Gülçöhrənin tək qalması səbəbindən repertuardan çıxarılmışdı. "Arşın mal alan”a burada böyük rəğbət var.
- Deyirsiz ki, bu gün "Arşın mal alan” Türkiyədə hər gün oynanılsa yeri var?
- "Arşın mal alan” Türkiyədə yüz il daha hər gün oynanılsa yeri var. Belə görürürəm ki, yüz il daha Türkiyə düzəlməyəcək.
- Türkiyədə azərbaycanlılarla bağlı keçirilən tədbirlərdə aktivsiniz. İki il əvvəl burada çalışan pianoçumuz Nailə Əhmədovanın təşəbbüsü ilə hazırlanmış Azərbaycan konsertində, keçən il Novruz şənliyində iştirak etdiniz…
-Burada bir söz var - dəvət ediləndə ərinmə, dəvət almadıqda görünmə. "Buyurun oxuyun” və ya "qonağımız olun” dedilərsə, işim yoxdursa, məmnuniyyətlə gedirəm. Mədəniyyətimizə, adət-ənənələrimizə xidmət etdiyimiz zaman maddiyyat axtarmıram.
- Hacettepe Universitetində dərs verirsiz. Azərbaycanlı tələbəniz varmı?
- Dərs deyirəm. Səkkiz tələbəm var. Bir azərbaycanlı tələbəm var.
Şəhla Əbusəttar Yaman
Ankara








www.ann.az
Karsda başlayan müsiqi həyatını iyirmi altı ildir ki, Ankara Dövlət Opera və Balet Teatrnda davam etdirir. Konservatoriyadan əvvəl
dövlət rəqs ansamblında rəqqas kimi çıxış edib. 1984-cü ildə Hacettepe Universitetinin vokal bölümünə qəbul olub və 1989-cu ildə
oranı bitirib. O zamandan Ankara Dövlət Operasında çalışır. Onu müsiqi ilə bütünləşmiş insan adlandırmaq olar. Həyatında demək
olar ki, hər şey, hər kəs musiqi ilə bağlıdır. Xanımı Esin Talınlı da opera sənətçisidir. Qızı Aleyna Hacettepe Universitetinın musiqi
bölməsində oxuyur, Doğu Uşaq Orkestrndə violencel çalır.
Həmsöhbətimiz əsli İrəvanın Talın mahalından olan, Türkiyənin tanınmış opera sənətçisi, azərbaycanlı Şenol Talınlıdır:
- Şenol bəy özünüzü azərbaycanlı sayırsınızmı?
- Yüz faiz azərbaycanlı, yüz faiz türk sayıram (qətiyyətli səslə vurgulayır və gülür– müəl.)
- Azərbaycan sizin üçün nə deməkdir?
- Ata toprağı, ana toprağı deməkdir. Atam İrəvanda anadan olub, ana tərəfim Gümrüdəndir. 1900-cü illərin başında erməni zülmündən qaçıb Karsa sığınıblar. Sərhədlər bağlananda sonra Türkiyədə qalıblar. Köklərimiz İrəvanın Talın mahalındandır. Talınlı türk torpağı olub və təəssüf ki, indi ermənilərin əlindədir. Əmilərimdən Bakıda yaşayanlar da var. Soyadlarını dəyişdirdiklərindən onları tapa bilmədik. Bir sözlə valideynlərim azərbaycanlıdır, mən isə Türkiyədə doğulub böyümüşəm.
- Siz Azərbaycan mahnılarını qarmonda məharətlə ifa edirsiz. Qarmon çalmağı necə öyrəndiniz?
- Mən peşəkar qarmon ustası deyiləm. Azərbaycanda olan üstad qarmon çalanların yanında mənə qarmon ifaçısı demək ayıb olar. Azərbaycanda virtuoz kimi çalan qarmon ustaları var. O zamanlar valideynlər uşaqlarinı məktəbə qoymazdan qabaq mütləq ona bir musiqi aləti alırdı. Bu akkordeon da ola bilərdi piano, nağara, fleyta da. Bizim evdə də rəhmətlik atam hərəmizə bir dənə akkordeon almişdı. O illərdə Türkiyədə qarmon yox idi. İki bacım, qardaşim - hamımız musiqi ilə məşğul olurduq. Daha sonra böyük qardaşım professional akkordeon ustası oldu. İndi də özü Dövlət Rəqs Ansamblında qarmon çalır. Ötən əsrin 90-cı illərində sərhədlər açıldı və Azərbaycandan qarmon gətirməyə başladılar. Biz də akkordeonları bir tərəfə qoyub qarmon çalmağa başladıq. Çünki o bizim öz musiqi alətimizdir. Atamın çox gözəl tenor səsi vardı. Mən özümü tanıyandan musiqinin içindəyəm. Hələ doqquz yaşımda ikən toylarda nağara çalıb pul qazanırdım.
- Azərbaycan bəstəkarlarından kimləri daha çox sevirsiz?
- Azərbaycanda çox gözəl bəstəkarlar var. Vasif Adıgözəlov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev… saymaqla bitməz. Üzeyir Hacıbəyovu mən ayrı tuturam. Çünki o, Azərbaycan musiqisinin təməl daşını qoyan sənətkardır. Baxın 2016-cı ildə yaşayırıq. Türkiyənin hələ də milli operası yoxdur.
- Azərbaycanda yaşasaydınız bu gün Türkiyədə tutduğunuz mövqedən daha üstün mövqe tuta bilərdinizmi?
- Bunu Türkiyədə yaşayaraq demək bir az çətindir. Türkiyədə də çoxlu imkanlar var. Bir çoxları xarici ölkələrə gedir, karyera qura bilirlər. Amma məncə Azərbaycanda sənətə Türkiyədən daha çox dəyər verilir. Mən burada 26 ildir ki, operada baş rolda oxuyuram, aparıcı solistəm. Operada oxuduğum əsərləri Azərbaycanda oxusaydım, inanıram ki, artıq dossentlik, professorluk titulları almışdım, mənə, xalq artisti, əməkdar artist adı vermişdilər. Təəssüf ki, Türkiyədə belə imkanlar yoxdur.
- Azərbaycanda bəyəndiyiniz, təqib etdiyiniz sənətkarlar varmı?
- Azərbaycan səhnəsində hansı rolların ifacısı olmaq istəyərdiz?
- Siz ölməz sənətkarımız Rəşid Behbudovun repertuarında olmuş mahnıları böyük məharətlə ifa edirsiz. Bu maraq haradan qaynaqlanır?
- Rəşid Behbudov uşaqlıqdan sevdiyim xanəndələrdəndir. Amma mən onun sənətinn böyüklüyünü konservatoriya illərimdən, operanın içinə qirdiyim zamandan, solist kimi oxumağa başladığım vaxtdan sonra anladım. Onun ifasında Azərbaycan xalq mahniları və opera musiqisi gözəl sintez olunub. Türkiyədə bu indi dəyərləndirilməyə başlanıb.
- Bir azərbaycanlı ilə danışanda Anadolu türkcəniz hiss olunmur təmiz Azərbaycan turkcəsində danışırsız. Buna necə nail olursunuz?
- Ailədə hər zaman azərbaycanca danışırıq. Amma bu azdır. Azərbaycan türkcəmı mükəmməlləşdirmək üçün azərbaycanlılarla daha çıx ünsiyyətdə olmağım gərəkdir. Təəssüf ki, Karsda belə indi Azərbaycan dilində danışanların sayı azalıb. Valideynləri Azərbaycandan gələnlərin çoxu azərbaycan dilini bilmir, daha çox Anadolu türkcəsində danışırlar. Evdə hələ də kiril əlifbası ilə Mirzə Ələkbər Sabirin, Bəxtiyar Vahabzadənin kitabları var. Vaxtaşırı onları oxuyuram. Amma daha çox danışmaq gərəkdir. Mənə yol göstərə biləcək bir azərbaycanlı ilə ədəbi dildə oturub əməlli başlı söhbət etmək istəyərdim. Danışmadıqca dil unudulur.
- Türkiyə opera səhnəsində oynanılmış uğurlu və uğursuz hesab etdiyiniz Azərbaycan əsərlərindən danışa bilərsinizmi?
- Azərbaycan operalarından burada "Arşın mal alan”, "Məşədi İbad” və bir də "Zəngin atanın kasıb övladı” əsərləri səhnələşdirilib. "Arşın mal alan” ilk dəfə 1983-1988 illərdə səhnəyə qoyulub. Hətta Lütfiyar İmanov da çıxış etmişdi. Ondan sonra 2003-2006-cı illərdə Hafiz Quliyevin rəhbərliyi altında ikinci dəfə bu əsər səhnəyə qoyuldu. Mən orda Əsgəri, xanımım isə Gülçöhrəni oynadı. Üç ildən sonra əsər repertuardan çıxarıldı. Əsgəri oynayan digər sənətçimizin vaxtsız vəfatı və onunla oynayan Gülçöhrənin tək qalması səbəbindən repertuardan çıxarılmışdı. "Arşın mal alan”a burada böyük rəğbət var.
- Deyirsiz ki, bu gün "Arşın mal alan” Türkiyədə hər gün oynanılsa yeri var?
- "Arşın mal alan” Türkiyədə yüz il daha hər gün oynanılsa yeri var. Belə görürürəm ki, yüz il daha Türkiyə düzəlməyəcək.
- Türkiyədə azərbaycanlılarla bağlı keçirilən tədbirlərdə aktivsiniz. İki il əvvəl burada çalışan pianoçumuz Nailə Əhmədovanın təşəbbüsü ilə hazırlanmış Azərbaycan konsertində, keçən il Novruz şənliyində iştirak etdiniz…
-Burada bir söz var - dəvət ediləndə ərinmə, dəvət almadıqda görünmə. "Buyurun oxuyun” və ya "qonağımız olun” dedilərsə, işim yoxdursa, məmnuniyyətlə gedirəm. Mədəniyyətimizə, adət-ənənələrimizə xidmət etdiyimiz zaman maddiyyat axtarmıram.
- Hacettepe Universitetində dərs verirsiz. Azərbaycanlı tələbəniz varmı?
- Dərs deyirəm. Səkkiz tələbəm var. Bir azərbaycanlı tələbəm var.
Şəhla Əbusəttar Yaman
Ankara








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox