Avropa Film Festivalına həsr olunmuş müsabiqə qalibləri mükafatlandırıldı
Bu gün Aİ səfiri Malena Mard Avopra Film Festivalına həsr olunmuş müsabiqənin qaliblərini mükafatlandırdı.
2 qalib Nigar Qurbanova və Seymur Məmmədli "Berlinale" Beynəlxalq Film Festivalına 2 bilet və səyahət paketi qazandılar. 3-cü qalib Nejla Ayvaziyə isə 200 manat dəyərində Park Cinema kinoteatrlar şəbəkəsinin "Platinum" kartı hədiyyə edildi.
Səfir Mard qaliblərin Beynəlxalq Berlin Film Festivalında iştirakının Aİ və Azərbaycan arasında mədəni mübadilənin gücləndirilməsi üçün də kiçik bir töhfə olduğunu ifadə etdi.
Nəzərinizə çatdırmaq istərdik ki, Avropa İttifaqı Nümayəndəliyi 6-cı Avropa Film Festivalına həsr olunmuş hədiyyəli müsabiqə keçirib. Müsabiqə iştirakçıları bəyəndikləri filmin posteri altında həmin film barədə qısa icmal yazmalı və niyə məhz bu filmə səs verdiklərini izah etməli idilər. Qaliblər cari ilin 7 dekabr tarixində elan edilib.
www.ann.az
Son xəbərlər
Daha çox