• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

XİN-dən jurnala etiraz məktubu

XİN-dən jurnala etiraz məktubu
15.02.2016 14:53
Azərbaycan XİN "Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi "Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da adının daxil edilməsi ilə əlaqədar jurnalın redaksiyasına etiraz məktubu göndərib.
 
Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, "Wanderlust” jurnalının mətbuat azadlığı prinsipinə hörmət edərək Azərbaycanın mövqeyini işıqlandıracağını gözləyirlər: ""Wanderlust” səyahət jurnalının Azərbaycana qarşı bundan əvvəl də qərəzli münasibəti qeydə alınıb. Belə ki, 2014-cü ildə jurnalın əməkdaşı Mark Stratton Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil edən "Regent Holidays" şirkətinin dəstəyi ilə işğal olunmuş ərazilərdə olub. Onun hazırladığı material  "Wanderlust” jurnalında dərc edilib. Hələ o zaman bu qanunsuz fəaliyyətə görə jurnala və müvafiq olaraq "Regent Holidays" şirkətinə ciddi narazılığımız ifadə olunub. Mark Strattonun adı "arzuolunmaz şəxslər" siyahına daxil edilib. "Regent Holidays" şirkəti ilə əlaqəli şəkildə "Wanderlust” jurnalında Azərbaycanın işğal olunmuş ərazilərinin "turizm” imkanlarını təşviq edən yazırlar yenə də yer alır". 
 
H. Hacıyevin fikrincə, istisna deyil ki, "Wanderlust” səyahət jurnalı tərəfindən Azərbaycanın adının 10 ən çətin viza verilən ölkələr siyahısına daxil edilməsi bu qərəzli münasibətin növbəti göstəricisidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol