Dünya şöhrətli aktyor vəfat etdi
"Polis Akademiyası” filmində rəis rolunu canlandıran məşhur aktyor Corc Qeyns dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, 98 yaşlı aktyor Vaşinqton ştatının Nort Bent şəhərində qızının evində qonaq olarkən vəfat edib. Aktyorun ölümünü qızı İya Qeyns Falkon Braun təsdiqləyib.
Məlumata görə, aktyor Qeyns 1960-1970-ci illərdə müxtəlif film və seriallarda çəkilib. Aktyor "Tutsi" və "Polis Akademiyası" filmlərindəki rolu ilə dünya şöhrəti qazanıb.
"Polis Akademiyası” 1984-cü ildə kriminal komediya janrında Hyu Uilson tərəfindən çəkilən ABŞ filmidir. C. Qeyns 1952-ci ildə kanadalı aktrisa və teleaparıcı Ellin En MakLeri ilə evlənib. Aktyorun iki övladı var. Bunlar Metyu və İyadır. Aktyor sonuncu dəfə 2003-cü ildə "cavanlar" filmində çəkilib.
www.ann.az
Son xəbərlər
Daha çox