• $
  • £

“Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq - FOTOLAR

“Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq - FOTOLAR
18.02.2016 14:25

Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O. Zülfüqarov və R. Heydər olan "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbər verir kiŞ, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, balaca tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 16 may 2015-ci ildə keçirilib. "Dəcəl çəpişlər”in 65-ci nümayişi isə 20 fevral tarixində saat 12.00-da baş tutacaq. "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyyəti əsasən gənclərdən ibarətdir.
 
Premyerasından bəri bütün seansları demək olar ki, anşlaqla keçən tamaşa hər dəfə uşaqların böyük marağına səbəb olur.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Gülçöhrə Abdullayeva və Elməddin Dadaşov ifa edirlər.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol