• $
  • £

"Xaç atası" romanının müəllifi şəxsi arxivini satdı

20.02.2016 13:15
Hərraca çıxarılan şəxsi arxivi 625 min dollara satın alan insanın kimliyi anonim qalıb

Tanınmış yazıçı, məşhur "Xaç atası" romanının müəllifi Mario Pyuzonun 1920-1999-cu illərədək yazdığı əsərlərin qeydləri, əlyazmaları saxlanılan şəxsi arxiv 625 min dollara satılıb.

"Report" xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, yazıçının ailəsinin hərraca çıxardığı 45 qutu əlyazmanı adı anonim saxlanılan kolleksiyaçı alıb.

Əlyazmalar arasında "Xaç atası" romanının müxtəlif hissələri, romana aid yazıçının etdiyi bir çox qeydlər, həmçinin roman əsasında çəkilən filmin ssenarisi yer alıb.

Əlyazmalar arasında yazıçının məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppolo ilə şəxsi yazışmaları, filmlə bağlı qeydləri də yer alıb.

Xatırladaq ki, Mario Pyuzo Nyu-Yorkda italyan emiqrantın ailəsində dünyaya gəlib.

Yaradıcılığına jurnalist kimi başlayan yazıçı 1969-cu ildə "Xaç atası" romanını yazıb. Dünyada məşhurlaşan roman əsasında çəkilən filmdən sonra yazıçının şöhrəti daha da çoxalıb. Mario Pyuzo 1972-ci ildə "Xaç atası" filminin ssenari müəllifi kimi "Oskar", 1974-cü ildə filmin ikinci hissəsinin ssenarisinə görə yenidən "Oskar"a layiq görülüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol