Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO
![Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO](https://anews.az/photo/850x500/2016-02/1456129930_2.jpg)
Dünən təhsil naziri Mikayıl Cabbarov ANS TV-də yayımlanan "Hesabat”ın qonağı olub.
Oxu.Az xəbər verir ki, nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib.
O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil:
"Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun.
Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər