• $
  • £

"Atamın bağlı olduğu aparatın bir gününün qiyməti 1000 manatdır"

25.02.2016 11:13
1 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Azərbaycanın xalq artisti, qocaman diktor Sabir Ələsgərovun səhhəti ağır olaraq qalır.

Bu barədə "Report"a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.

Onun sözlərinə görə atasının şüuru açıqdır, danışır, hər kəsi tanıyır: "Reanimasiyada olduğu üçün yanına heç kəsi buraxmırlar. Atam danışır, şüuru açıqdır, amma vəziyyəti ağır olaraq qalır. Biz mədəsində problem olduğunu zənn edirdik. Amma həkimlərin müayinəsindən sonra məlum oldu ki, qanında zəhərlənmə gedir. Bunun da səbəbi keçirdiyi möhkəm soyuqdəymə olub. Yanvarda bərk xəstələnmişdi. Həmin xəstəlikdən sonra qanı zəhərlənib. Hazırda həkimlər qanını təmizləməklə məşğuldur. Aparata qoşulub. Həkimlər hələlik dəqiq söz deyə bilmirlər. Vəziyyəti 3 günə də, düzələ bilər 15 günə də. Hazırda isə halı yaxşı deyil".

Mehriban Ələsgərova sosial şəbəkələrdə atasına maddi köməklik göstərmək üçün yayılan çağırışlara da aydınlıq gətirib: "Atamın bağlı olduğu aparatın bir gününün qiyməti 1000 manatdır. Hələlik ailənin şəxsi büdcəsi ilə bunun öhdəsindən gəlirik. Amma atamın vəziyyətinin ağırlıq vəziyyəti davam etsə, ailəyə kömək lazım olacaq."

Xatırladaq ki, Sabir Ələsgərov Azərbaycanın tanınmış diktorudur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol