• $
  • £

"Oskar" mükafatının qalibləri bəlli oldu

29.02.2016 11:09

Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi 88-ci "Oskar" mükafatının təqdimat mərasimi olub.


"Report" xəbər verir ki, 25 kateqoriyada təqdim edilən "Oskar"ın bu ilki qaliblərininin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

Leonardo Di Kaprio "Sağ qalmış" ("The Revenant") filmində oynadığı rola görə "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında Bri Larson "Otaq" filmində oynadığı obraza görə, "Ən yaxşı rejissor" nominasiyasında Alexandro Qonzalez İnyarritu "Sağ qalmış" filminə görə "Oskar" qazanıb.

"Ən yaxşı bəstəkar" nominasiyasında Ennio Marrikone, Ən yaxşı xarici film niominasiyasında Macarıstan kinematoqrafçılarının çəkdiyi "Saulun oğlu" filmi, "Ən yaxşı ssenari" nominasiyası üzrə " Spotlight" filminə görə Tom McCarthy ve Josh Singer, "Ən yaxşı ikinci dərərcəli qadın aktrisası" nominasiyasında "Danimarkalı qız" filminə görə aktrisa Alicia Vikander, "Ən yaxşı saç və makiyaj mükafatını" "Qəzəbli yollar" filmi, "Ən yaxşı sinematoqraf" mükafatını "Diriliş" filminə görə Emmanuel Lubezski, "Ən yaxşı quruluş" mükafatını "Qəzəbli yollar" filmi qazanıb.

Ümumilikdə, "Qəzəbli yollar" filmi 4 "Oskar"a birdən sahib olub.

"Ən qısa animasiya" filmi Bear Story, "Ən yaxşı animasiya" filmi Inside Out, "Ən yaxşı ikinci dərəcəli kişi aktyoru" mükafatını Mark Rylance, "Ən qısa sənədli film" mükafatını "A Girl in the River" sənədli filmi qazanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol