BMT Suriyaya yardımı genişləndirmək istəyir
BMT bildirib ki, növbəti beş gün ərzində Suriyadakı vətəndaş müharibəsinin qismən barışıq fonunda mühasirədə olan ərazilərdə təxminən 150 min suriyalıya yardım aparmağı planlaşdırır.
Qurum daxil olması çox çətin sayılan rayonlarda təxminən 1,7 milyon nəfərə martın sonuna qədər kömək etməyə hazır olduğunu bildirib.
Suriyada hərbi əməliyyatların dayandırılması bardə razılaşma şənbə günü başlasa da, hər iki tərəfdən atəşkəsin pozulması ilə bağlı şikayətlər var.
BMT-nin Suriyadakı humanitar koordinatoru Yacoub el-Hillo barışığı "Suriya xalqının davamlı sülh və sabitlik üçün son beş ildə ən yaxşı imkanı" adlandırıb.
Təşkilat Madaya kimi sakinlərinin aclıq çəkdiyi bildirilən rayonlara ərzaq, su və dərman preparatlarının gətirilməsini planlaşdırır.
O bildirib ki, yardımın həcmini genişləndirmək üçün Suriya münaqişə tərəflərinin təsdiqi lazımdır.
Ötən həftə özünü İslam Dövləti adlandıran qruplaşmanın mühasirəsində olan Deyr əl-Zora hava yolu ilə yardım çatdırılması səyləri baş tutmayıb.
BMT-nin hesablamalarına görə, Suriyada təxminən 500 min nəfər blokada şəraitində yaşayır.
Hərbi əməliyyatların dayandırılması Suriyanın vətəndaş müharibəsində qarşıduran tərəfləri dəstəkləyən Rusiya-Amerika planı çərçivəsində razılaşdırılıb.
Bu, İD və ya əl-Qaeda ilə əlaqəsi olan əl-Nüsrət Cəbhəsi kimi qruplara qarşı mübarizəyə şamil edilmir.
Əsas Suriya müxalifət qruplaşması Rusiya tərəfindən dəstəklənən hökumət tərəfindən atəşkəsin pozulması ilə bağlı bir neçə şikayət edib.
Yüksək Danışıqlar Komitəsi (HNC) bildirib ki, bu halla bağlı BMT və digər dünya dövlətlərinə rəsmi məktub göndərəcək.
Rusiya həmçinin razılaşmanın pozulması ilə bağlı şikayət edib, lakin bildirib ki, "ümumilikdə, Suriyada atəşkəs rejimi həyata keçirilir".
İnsan Hüquqları üzrə Suriya Rəsədxanası Monitorinq Qrupu məlumat verib ki, şimali Hələb vilayətində bir neçə hava zərbəsi endirilib, amma qrup buna görə kimin məsuliyyət daşıdığını bildirməyib.
Qərb dövlətləri Rusiyanı Suriya Prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara qarşı hücumda ittiham edirlər. Moskva yalnız "terror qruplarını" hədəfə aldığını deyir.
Hazırkı razılaşmanın rəsmi atəşkəsə zəmin yaradacağına ümid edilir.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib ki, barışıq "xeyli davam etsə", martın 7-də sülh danışıqları bərpa ediləcək.//bbc.com/azeri

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox