“Seçmə qüsurlar” musiqili tamaşası nümayiş etdiriləcək
"Zamanla üz-üzə” IV müasir musiqi layihəsinə 2016-cı ildə "Seçmə qüsurlarla” start verilir...
Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konsepti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.
www.ann.az
Mart ayının 2-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində "Seçmə qüsurlar” ("Defectos escogidos”) musiqili tamaşası nümayiş etdiriləcək. Layihənin bədii rəhbəri – Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimov və solistlər iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, "Zamanla üz-üzə” layihəsi ilk dəfə 9 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və TurizmNazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci ilin konsert mövsümündə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.
www.ann.az
Son xəbərlər
Daha çox