• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Kənan Yavuz: STAR zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb

Kənan Yavuz: STAR zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb
01.03.2016 22:39
STAR neft emalı zavodunda tikinti işlərinin 54%-i yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy”nin baş icraçı direktoru Kənan Yavuz öz Facebook səhifəsində yazıb. 

O, qeyd edib ki, zavodun inşasında 8200 nəfər çalışır. 

"Zavodun inşası proqnozlaşdırdığımız müddət və büdcəmiz sərhədləri içərisində böyük bir uğurla davam edir. STAR neft emalı zavodu 2018-ci ildə tam hazır olduqda bu Türkiyənin 500 şirkəti arasında 2-ci olacaq”, - deyə icracı direktor əlavə edib. 

Məlumat üçün bildirək ki, layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin keçmiş Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. 

"STAR” neft emalı zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəldiləcəkdir. Zavodun iri neft-kimya kompleksi olan Petkimin yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaqdır.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Dövlət Neft Şirkəti (SOCAR) çıxış edir. 

Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaq. 

Layihənin toplam dəyəri təqribən 5,6 milyard ABŞ dollarıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol