• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Nardaranda əməliyyat - 32 nəfər saxlanıldı

Nardaranda əməliyyat - 32 nəfər saxlanıldı
02.03.2016 15:01
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib. 

Bu barədə Trend-ə Nardaran qəsəbə sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, əməliyyat martın 1-də keçirilib. Əməliyyat zamanı 32 nəfər saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb.

Sakinlərin sözlərinə görə, əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına "Allahu Əkbər", "Ya Əli" və "Ya Hüseyn" sözlərinin yazılmasıdır.

Sabunçu rayon Polis İdarəsi və idarənin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 32 nəfər saxlanılıb. Sabunçu rayon Polis İdarəsində aparılan araşdırmaların nəticəsində 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan 8 nəfər barədə 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. İnzibati həbs edilənlər Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.

Nardaran sakinləri bildirirlər ki, həmin divarlardakı yazılar qəsəbə sakinlərinə qarşı təxribatdır və bu nardaranlıların işi deyil: "Bu, Nardaranda ictimai-siyasi vəziyyəti gərginləşdirməkdə maraqlı olan şəxslərin işidir. Həmin şəxslər bu cür işlərlə Nardaranda aranı qarışdırmaq istəyirlər".

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində "Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol