GTT-da Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçiriləcək - FOTOLAR
Mart ayının 4-də saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə şou-proqram təqdim olunacaq.




www.ann.az
Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, hər il teatrın gənc və istedadlı aktyoru, Həmkarlar komitəsinin sədri İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
6 ildir 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yaddaqalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.
Bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər təqdim ediləcək.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox