• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

İlham Zəkiyev: "Hədiyyə almağı kim xoşlamır?"

İlham Zəkiyev:
03.03.2016 22:21
Bu gün Azərbaycanın cüdo üzrə yeganə ikiqat paralimpiya çempionu, "Bakı-2015" I Avropa Oyunlarının qalibi İlham Zəkiyevin doğum günüdür.
 
36 yaşlı idmançı "Report"a açıqlamasında ad gününü təmtəraqlı şəkildə qeyd etməyəcəyini deyib.

İ.Zəkiyev səbəbini belə izah edib: "5-10 yaşımız yoxdur ki, camaatı yığıb ad günü keçirək. Bəlkə də uşaq olsaq, ad günü keçirmək sevindirici olardı".

Ən titullu cüdoçunun sözlərinə görə, onu təbrik edənlər sırasında bir çox qurum rəsmiləri də olub: "Azərbaycandan, xaricdən çoxlu təbriklər gəlir. Milli Paralimpiya Komitəsi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyindən də ad günümü təbrik ediblər. Təbrik edənlər sırasında millət vəkilləri də var. Əsasən hədiyyə verməyi xoşlayıram, amma hədiyyə almağı kim xoşlamır? Təbriklər o qədərdir ki, ardı-arası kəsilmir".

Səbəbkar ad günü münasibətilə bir çox televiziya və radiolardan efirə dəvət aldığını da bildirib.

Qeyd edək ki, 1980-ci il martın 3-də anadan olan İlham Zəkiyev ailəlidir. İlkin, Həmzə və Aynur adında 3 övladı var. O, 2 dəfə dünya çempionu, bir dəfə Dünya Kubokunu qalibi, 5 dəfə Avropa çempionu və 2 dəfə Yay Paralimpiya Oyunlarının ən güclüsü adını qazanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 10:30
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
İdman 22:08
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
İdman 21:55
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İdman 12:09
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol