• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan Türkiyəni məhv edir?

Ərdoğan Türkiyəni məhv edir?
03.03.2016 23:13
Karneqi Fondundan Judy Dempsey bu sualla bir neçə ekspertə müraciət edib.

Beynəlxalq Araşdırmalar Mərkəzindən Bayram Balçı deyir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Türkiyəni dağıtmır, ancaq Suriya böhranı Türkiyə də daxil olmaqla, bütün Yaxın Şərqi məhv edir.

Ekspert Erdoğan və hakim AKP-nin 2002-ci ildən Türkiyədə müsbət dəyişiklik yaratdığını, Erdoğan-ın PKK rəhbərliyi ilə birbaşa ünsiyyət quran ilk türk lideri olduğunu vurğulayır:

«2011-ci ildən Erdoğan dəyişməyə başladı və getdikcə tanınmaz hala gəldi: avtoritarlaşdı, müttəfiqlərindən ötrü etibarsız, proqnozlaşdırılmayan birinə çevrildi, hakimiyyət bölgüsünə hörmətsizlik etdi. Bu anlamda, Erdoğan-ın müasir Türkiyənin dağıtması fikri formalaşıb».

Təhlilçi Erdoğan-ın avtoritarlaşmasını Suriya böhranına bağlayır: «Erdoğan təbiətcə diktator deyil, onu Suriya böhranı diktatora çevirib. Erdoğan Türkiyənin ərazi bütövlüyünü avtoritar metodlarla qorumağa çalışır ki, durum daha da pisləşməsin».

Harvard Universiteti nəzdində Avropa Araşdırmaları Mərkəzindən Dimitar Bechev düşünür ki, Türkiyə Yaxın Şərqin problemlərini idxal etməkdədir. Erdoğan-ın seçicilərinə vəd etdiyi sabitlik əldən çıxır və ölkə rəhbəri kimi o, məsuliyyət daşıyır: «Türk dövlətinin iflası deyil, 1990-cı illərə qayıtmaq riski var. Keçmiş prezident Turgut Özal dönəmində Türkiyə inam və dinamizm saçırdı. Onilliyin ortalarına doğru problemlər içində boğulmağa başladı. Təkcə kürd məsələsi deyil, Qərblə münasibətlər də gərginləşdi. O vaxtın kövrək koalisiya kabinetləri xatirələrdən silinsə də, indi bir dejavü hissi yaranmaqdadır. Türkiyə iqtisadiyyatı, o dövrdəki kimi, siyasətə qurban getsə, durum pisləşər. Bu səbəbdən, Erdoğan iqtisadi qərarlardan qaçmağa çalışır. Hər halda, Türkiyə, parlaq uğur qazanmasa da, çökən də deyil». /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol