• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Rəşad Sadiqov: “Neftçi”ni mütləq məğlub etməliyik”

Rəşad Sadiqov: “Neftçi”ni mütləq məğlub etməliyik”
29.05.2020 02:21
"Çətin oyun alındı. Səfərdə 2 qol vurmaq bizim üçün üstünlükdü. Lakin indidən yarımfinala vəsiqə qazandığımızı söyləmək olmaz. Qarşıda cavab oyunu var”.

Futbolxeber.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin aparıcı üzvü Rəşad Sadiqov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə məğlub edib. "Qırmızı-qaralar” rəqib qapısına hər iki qolu standart vəziyyətdən vursalar da, təcrübəli yarımmüdafiəçi buna görə xüsusi hazırlıq görmədiklərini bildirib: "Xüsusi hazırlıq görülməmişdi. Standart vəziyyətlər zamanı bizim ucaboy futbolçularımız hər zaman rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışırlar. Baş məşqçi də daim belə epizodlardan maksimum istifadə etməyimizi tapşırır”.

R.Sadiqov sabah Topaz Premyer Liqasının XXIV turunda "Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: "Neftçi” doğma meydanda oynayacaq. Komanda gənclərdən qurulsa da, meydanda çox qaçırlar. Bizim üçün xal itkisi yolverilməzdi. "Qarabağ” və "Zirə” bizdən çox uzaqlaşıb. Onlara bu fərqi daha da artırmağa şərait yaratmamalıyıq. Ona görə də  "Neftçi”ni mütləq məğlub etməliyik”.

"Qəbələ”nin yarımmüdafiəçisi qeyd edib ki, komandası hər iki cəbhədə sona kimi mübarizə aparacaq: "Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik. Hansını qazana bilsək, bizim üçün sevindirici olacaq. Hər ikisini qazansaq, lap əla olar (gülür). Gücümüz buna imkan verir”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol