• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​Rövnəq Abdullayev Marneulidə orta məktəbin açılışında

​Rövnəq Abdullayev Marneulidə orta məktəbin açılışında
04.03.2016 19:51
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstan hökumətinin nümayəndələri və qonaqlarla birlikdə Marneuli rayonunun Lejbəddin kəndindəki orta məktəbin açılışını həyata keçirib.

"Report" xəbər verir ki, 2015-ci ildə SOCAR-ın Gürcüstan nümayəndəliyi xeyriyyə layihəsi çərçivəsində azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Lejbəddin kəndindəki orta məktəbdə tikinti-yenidənqurma işlərinə başlayıb.

Təmir işləri 2015-ci il iyulun 10-da başlayıb və dərs ilinin başlanmasına qədər (15.09.2015) yekunlaşıb.

Məktəb ikimərtəbəlidir. Təmirə qədər ümumi sahəsi 720 kvadratmetr olan təhsil müəssisəsi yenidənqurma işlərindən sonra 960 kvadratmetr sahəyə malik olub. Nəticədə təmirdən sonra hər mərtəbənin sahəsi 240 kvadratmetr artıb. Məktəbdə 19 sinif otağı (əvvəl 13 olub), kitabxana, müəllimlər otağı, yeməkxana, direktorun kabineti və informatika otağı var. Bu məktəbdə təqribən 130 şagird təhsil alır.

Lejbəddin kəndindəki orta məktəb istilik sistemi, santexnika və elektrik işləri, eləcə də su təchizatı ilə tam təchiz edilib. Bundan əlavə, məktəbin həyəti yenidən qurulub, futbol meydançası (tor, stul) salınıb, kənddə yaşamış Böyük Vətən müharibəsi veteranları qurbanlarının, eləcə də Dağlıq Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Cəlil Əziz oğlu Səfərovun xatirəsinə ucaldılmış abidədə yenidənqurma işləri aparılıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Cəmiyyət 23:27
Bakıda marşrut avtobusları toqquşub, xəsarət alan var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:11
Sabah bu ərazilərdə qaz olmayacaq
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol