• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Avropa liderlərindən Putinə Əsəd çağırışı

Avropa liderlərindən Putinə Əsəd çağırışı
04.03.2016 22:30
Almaniya və Fransa liderlərinin görüşündə bu barədə danışılıb.
 
Almaniya kansleri Angela Merkel Fransaya səfər edib. ANS PRESS-in məlumatına görə, Parisdə Yelisey sarayında Angela Merkeli bu ölkənin prezidenti Fransua Olland qarşılayıb. Almaniya kansleri və Fransa prezidenti Avropada miqrant böhranını müzakirə etmək üçün görüşüblər.

Görüşdən sonra Almaniya və Fransa liderləri birgə mətbuat konfransı ilə çıxış ediblər. Angela Merkel Suriyada atəşkəsin şərtlərini bir daha vurğulamaq üçün "Normandiya dördlüyü" arasında baş tutan telefon danışığının əhəmiyyətindən bəhs edib. Merkel bildirib ki, Rusiya Bəşər Əsədə təsir göstərmək üçün öz nüfuzundan istifadə etməlidir.

"Hər şeydən əvvəl, dörd Avropa ölkəsinin liderləri olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağımız çox vacib idi. Bir daha vurğulamaq istəyirəm ki, atəşkəsə riayət etmək öhdəliyi bu gün Rusiya prezidentinin də təsdiqlədiyi mühüm bir ismarışdır. Yalnız İŞİD-ə, eləcə də 'Əl-Nüsrə Cəbhəsi' qruplaşmasına qarşı hücumlar istisnadır. Biz həmçinin Rusiyadan öz nüfuzundan istifadə etməsini xahiş etdik ki, atəşkəs həm də Əsəd hökumətinə də şamil edilsin. Hələbdəki xüsusi vəziyyətin əhəmiyyətindən də danışdıq", - Merkel belə deyib.


Vladimir Putin və Bəşər Əsəd

Fransa prezidenti Fransua Oland öz növbəsində Suriyada davam edən atəşkəs rejiminin yaxşı hal olduğunu bildirib. Onun sözlərinə görə, davam edən rejim Suriya xalqına humanitar yardımın həcminin artıtırlmasına və ölkəni tərk edən qaçqınlaın geri qayıtmasına yardım edə bilər.

"Suriyada hazırda qəbul oluna biləcək yeganə hərbi əməliyyatlar İŞİD və "Əl-Nüsrə Cəbhəsi"nə yönəlib. Hər hansı bir digər əməliyyat atəşkəs rejiminin pozulması demək olacaq. Biz hamımız razılaşmışıq ki, sabitlik rejimi davam etsin. Hamımız həmçinin arzu edirik ki, dinc saknnlərə göndərilən humanitar yardımlar artırılsın. Onlar müharibə qurbanlarıdır və onlar həyati əhəmiyyətli məhsulların yoxluğundan əziyyət çəkir", - Olland bildirib.

Fransua Olland və Angela Merkel Suriyaya humanitar yardımın digər ölkələrlə birgə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyini bildiriblər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol