Neftin son qiymətləri
![Neftin son qiymətləri Neftin son qiymətləri](https://anews.az/photo/850x500/2016-03/1457154776_oil-8.jpg)
Martın 4-də hərracların son nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 38,72 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 35,92 dollar təşkil edib.
Qeyd edək ki, dünən günün əvvəlinə Brent və WTI-nin qiymətləri müvafiq olaraq 37,18 və 34,81 dollar təşkil etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər