Danimarka Yaxın Şərqə quru qoşunları göndərir
Danimarka hökuməti İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün Suriyaya və İraqa xüsusi təlim görmüş 400 nəfərlik qoşun və qırıcı təyyarələr göndərəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə açıqlama verən Danimarkanın baş naziri Lars Lokke Rasmussen, insafsız terrorçularla mübarizə aparmaq üçün böyük gücə ehtiyac olduğunu deyib.
"Danimarka hökuməti İŞİD-ə qarşı mübarizənin həcmini artırmaq istəyir. Günahsız insanlarla qadınları və uşaqları öldürən insafsız terrorçularla döyüşmək üçün böyük qüvvəyə ehtiyac var.”
Məlumatda Danimarkanın 400 nəfərlik şəxsi heyətlə yanaşı bölgəyə "F-16” qırıcıları və bir "Hercules” təyyarəsi göndərəcəyi bildirilib.
Parlamentə bağlı fəaliyyt göstərən Xarici Əlaqələr komitəsindəki siyasi partiyaların əksəriyyətinin hökumətin bölgəyə əsgər göndərilməsi barədə planına dəstək verdiyi bildirilir.
Yerli "Berlinske” qəzeti isə Suriyaya quru qoşunları göndərilməsinin beynəlxalq hüquqa zidd olduğunu, İraqdan fərqli olaraq Suriya prezidenti Bəşər Əsəddən bu istiqamətdə hər ansı bir tələb irəli sürülmədiyini yazıb.
Danimarka 2014-cü ildən bəri ABŞ rəhbərliyindəki İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyanın üzvüdür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox