“ASAN xidmət” mərkəzləri sabah işləməyəcək
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzlərində sabah 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qeyri-iş günü olacaq.
Bu barədə "Report”a Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, martın 9-dan etibarən vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox