• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Donald Trump Miçiqan və Missisipidə qalib gəlib

Donald Trump Miçiqan və Missisipidə qalib gəlib
09.03.2016 13:44
Demokratların namizəd yarışına liderilik edən Hillary Clinton da Missisipidə uğur qazanıb

Donald Trump respublikaçıların Miçiqan və Missisipi ştatlarında keçirilən praymeri seçkilərində böyük qələbə qazanıb.

Beləliklə o, bir çox vəzifəli partiyadaşlarının narazılığı və müqavimətini dəf edərək ABŞ prezidenti seçkilərində respublikaçıların namizədi olmaq məqsədinə bir az da yaxınlaşıb.

Demokratların namizəd yarışına liderilik edən Hillary Clinton da Missisipidə uğur qazanıb, lakin Miçiqan praymerisində onun, yoxsa Bernie Sandersin udduğu hələlik bilinmir.

ABŞ mediası xəbər verir ki, cənab Trump-ın başqa namizədləri – John Kasich, Ted Cruz və Marko Rubio-nu bir qədər də geridə qoyması, nüfuzlu respublikaçıları onun namizədlik yürüşünü dayandırmaq məqsədilə yenidən səfərbər edib.

"Onların əlindən bu axşam da bir şey gəlmədi – deyib Trump istehza ilə, - Bu axşam bir adam uğur qazanıb, o da Donald Trump-dır”.

Bundan sonra Trump öz bizneslərini - ət şirkətini, şərabçılıq zavodunu, Trump vodka arağını və hətta Trump Universitetini tərifləməyə başlayıb.

ABŞ mediası xəbər verir ki, Miçiqan uğurundan sonra, martın 15-də Ohayo, Florida, İllinoys, Missuri və Şimali Karolinada keçiriləcək seçkilər Trump-ın taleyini həll edə bilər.

Təhlilçilər deyirlər ki, Trump Florida və Ohayoda qalib gəlsə, Rubio və Kasich yarışdan çıxmalı olacaqlar.

Missisipidə özünü xristian adlandıranların 45 faizi Trump-a səs verib, halbuki adətən dindarların səsini asanlıqla qazanan Ted Cruz burada səslərin yalnız 39 faizinə sahib olub.

Media xəbərlərində deyilir ki, Hillary Clinton-un Missisipidə uğur qazanmasını afroamerikalıların dəstəyi təmin edib.

Exit-pollar onun hər 10 qaradərili seçicidən 9-u tərəfindən dəstəkləndiyini göstərib.

Xanım Clinton indiyədək keçirilmiş səsvermələrdə 21 ştatdan 12-də qalib olub. Trump 22 səsvermədən 14-də uğur qazanıb. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol