Azərbaycanda turizm doğurdanmı inkişaf edib?
Moskva – Bakı gecə reysi. Təyyarənin tam dolu olması məni təəccübləndirib. Birinci dəfədir ki, bu qədər çox sayda rusdillinin paytaxtımızdan gəldiyini görürəm.
Konfrans var? Yoxsa idman tədbiri? Bu qədər insan Bakıda nə edirdi?
Sən demə, turistlərmiş.
Yanımda ər-arvad oturmuşdu. Söhbət elədik.
- Bakıya iş üçün getmişdiniz?
- Yox, gəzməyə.
- Turistsiz?
- Bəli.
- Turizm şirkəti vasitəsilə?
- Yox, özümüz. Üç günlük gəlmişdik, gəzdik, indi evə qayıdırıq.
- Birinci dəfəydi Bakıdaydız?
- Bəli.
- Şəhər necəydi?
- Möhtəşəm. Yumşaq desək, biz şokdayıq. Bizim tanışlarımız tez-tez Vyanaya, Praqaya gedirlər və oraları çox tərifləyirlər. Bakı isə fərqlidir. Ancaq heç də pis deyil. Bizim çox xoşumuza gəldi. Yayda uşaqlarla gələcəyik.
- Bəs xoşunuza gəlməyən nə oldu? Qiymətlər necəydi?
- Normal qiymətlərdi. Biz bir müddət əvvəl Kazana getmişdik, oteldəki qiymətlər demək olar eyniydi. Bakıda biz 4 ulduzlu bir oteldə qaldıq. Hər şey qaydasındaydı. 20 dollara gid tutduq, o bizə bütün şəhəri gəzdirdi. Metroya düşdük, çox maraqlı stansiyalar vardı.
- Azmadınız ki?
- Yox, hamı həvəslə bizə kömək edirdi. Sizin insanlar sadəcə superdilər.
- İnsanlar bizim əsas sərvətimizdi.
- Mətbəx də əlaydı. Biz o qədər şeyin dadına baxdıq ki, çox dadlıydı. Sizin yeməkləriniz, mmmmm. Kabablar, qutablar... Biz hər gün qutab yeyirdik, doya bilmirdik. Biz özümüzlə 3 kilo paxlava götürmüşük, çay almışıq, sizin milli fincanlardan almışıq...
- Qısası, sizcə bizdə istirahət eləmək maraqlıdır?
- Əlbəttə, sizdə muzeylər pulsuzdur. Biz hətta muzeyə gələn uşaqları gördük. Orda e... e.. siz necə deyirsiz, hə, Xocalı barəsində danışırdılar. Bu faciə barədə danışırdılar. Onlar elə balacaydılar və elə diqqətlə qulaq asırdılar ki. Bir də sizin çox gözəl bulvarınız var. Əgər şəhərə yuxarıdan baxmaq istəsən, funikulyora min, o da pulsuzdur.
- Yəni doğurdan deyirsiz, qiymətlər sizə baha gəlmədi? Çünki, etiraf edim ki, biz Bakıdakı qiymətləri baha hesab edirik və turizm bizdə ağrılı mövzudur, daimi mübahisə və müzakirə mövzusudur.
- Yox, dediyimiz kimi biz axırıncı dəfə Kazanda olmuşuq və orda qiymətlər demək olar ki, burayla eynidir. Bizcə, yaxşı istirahət etdik. Buna dəydi...
***
Taleyin ironiyasına bax, mən Moskvaya elə Mədəniyyət və Turizm nazirliyinin nümayəndəliyinin turizm təqdimatı üçün gedirdim. Belə bir nümayəndlik məncə çoxdan lazım idi. Ancaq məhz indi nəhayət ki, bu ideyanı həyata keçirmək qərarına gəldilər.
Neft qiymətlərinin aşağı düşməsi, büdcə "çatışmazlığı” və qeyri-neft sektorunun, indiki halda turizmin inkişaf etdirməyin labüdlüyü katalizator kimi öz rolunu oynayır. Digər tərəfdən isə son illərdə yaranan geopolitik vəziyyət, xarici siyasətdəki gərginliklərdən dolayı çox sayda rus turistlərin bir vaxtlar sevimli məkanları olan Türkiyə və Misirə yollarını bağlayıb.
Rus turistləri cəlb etməmək mübarizəyə girişməmək və aktiv fəaliyyətə başlamamaq indiki halda cinayət olardı və Allaha şükür, buzlar əriyir.
Əlbəttə, bir vaxtlar Misirdə və Türkiyədə dincələn şimaldan olan çox milyonluq turistin Xəzərin sahilinə axışacağını gözləmək saflıq olardı. Təəssüf, dənizin ekoloji vəziyyəti və çimərliklər Türkiyəninkinə yaxın düşə bilməz. Ancaq Rusiya Federasiyasından müəyyən miqdarda turist cəlb etmək və onlar üçün layiqli istirahət təşkil etmək əlbəttə ki, lazımdır.
Əgər çimərlik istirahətinə köklənsək, biz birmənalı olaraq turizmi inkişaf etdirə bilməyəcəyik və uduzacağıq. Çoxlu enerji itirəcəyik, sonda da sadəcə təsadüf nəticəsində az sayda gələn dənizin, çimərliyin çirkliliyənə görə peşmanlıqla gedən insanlarla kifayətlənəcəyik.
Ona görə də bu gün başqa yöndəki turlar üzərində işləmək daha vacibdir, əminəm ki, savadalı mövqe tutmaqla və düzgün piarla kifayət qədər uğurlar qazanmaq olar.
Məsələn, Rusiyadan çox sayda turistin cəlb edilməsinin alt qatından rusların bir çoxunun bizim mətbəxlə tanışlığı faktı dayanır. Piti, düşbrə, dolma, xaş kimi sözlər və adlar bir çox ruslar üçün tanış ifadələrdir. Moskvalılar üçün 100%. Məhz ona görə ki, Rusiya paytaxtında Azərbaycan restoranları, deməyə cəsarət edirəm ki, ən populyarlarındandır. Bütün "Bakı bağları”, "Bakı bulvarl”, "Şeş-beş”, "Şərq nağılı” kimi Azərbaycan mətbəxi təqdim edilən restoranlar Moskvada öz işini görüb.
Bizim mətbəximizin populyarlaşmasında Azərbaycan kökləri olan rus aşpaz Stalik Xankişiyev də böyük rol oynayıb, o, bloqunda onlarla, yüzlərlə ziyarətçini müntəzəm olaraq yeməklərin reseptləri ilə tanış edir. Və bir də "Oryol i Reşka” kimi populyar televiziya proqramları tez-tez Bakıdan verilişlər hazırlamaqla öz sözlərini deyiblər.
Rusların Azərbaycan mətbəxi barədə bilgiləri bizə məsələn, qastronom turları təşkil etməyə imkan verə bilər, ölkənin regionlarına edilən səyahətlər təkcə təbiə və memarlığın öyrənilməsinə deyil, ilk növbədə bizim rəngarəng və zəngin mətbəximizlə tanışlığa imkan verəcək.
Şərab turizminə gəldikdə isə, turistlər alkoqollu içkilərin hazırlandığı məkan və şəhərlərə baş çəkə biləcəklər.
Bizki sözün həqiqi mənasında bütün məşhur alkoqollu içkiləri – pivəni, şərabı, konyakı, arağı və hətta vizkini istehsal edirik. İstəyəndə hətta bu içkiləri ənənəvi istehsal edən ölkələrdən daha yaxşı bacarırıq bu işi.
Bir müddət əvvəl şəhərimizi ziyarət edən voronejli biznesenlərdən soruşun, masa arxasına keçib ilk dəfə yerli arağı içdikdən sonra kədərlə belə demişdilər: "Arağı belə siz bizdən yaxşı düzəldirsiz”.
Bəli, bu araq sifarişlə hazırlanıb. Bəli, yeni marka çox güman tezliklə sıradan çıxacaq və onu sonra içmək olmayacaq. Ancaq məhz buna görə bizim istehsalçı keyfiyyəti qorumaq məsələsində işləməlidir. Fakt burasındadır ki, biz buna nail ola bilərik. Yeni avadanlıq alanda biz onu necə işlədəcəyimiz barədə düşünmürük. Tez-tez biz bunu öyrənmədən boş-boş şeylər istehsal etməy başlayırıq, nəticədə ortaya layiqli milli məhsul çıxara bilmirik.
Ancaq istəsək... istəsək, bizdə bunu edə biləcək bütün imkanlar var.
Qastronomik, şərab turları məncə, rusiyalı turistin məmnuniyyətlə gedəcəyi turdur. Savadlı şəkildə hazırlanmış maraqlı tur, keyfiyyətli xidmət və uyğun qiymətlərlə belə turları pair etmək o qədər də çətin olmayacaq.
Bəli, Rusiya Federasiyasındakı böhran bir çox vətəndaşlara təsir edib. Bir çox səfərlərə çıxma və ödəmə imkanı kəskin şəkildə aşağı düşüb. Ancaq 150 milyonluq ölkə hələ də öz turizm potensialını saxlayır və biz bunun üçün mübarizə aparmalıyıq.
Bu hən də ukraynalılara, qazaxlara, beloruslara, pribaltlara və digərlərinə aid edilməlidir.
Bizim potensial turist müştərimizin ilk növbədə MDB, Baltika sakini olması barədə mən dəfələrlə yazmışam. Hələ onda, ölkədəki ümumi əhval-ruhiyyə eləydi ki, insanlar daha çox avropalılara köklənmişdilər. Təəssüf ki, turizmə aid olan insanların müəyyən kəsimi avropalı turistlər üçün vacib olan bəzi faktorları görmək istəmirdilər.
Turizmin inkişafında problemlər bu gün də var. Onlar ortadadırlar və təkcə avropalılar üçün vacib deyil. Onları mümkün olduqca tez həll eləmək lazımdır.
Ancaq bir daha təkrar edirəm ki, qatrın artıq yol aldığını görmək xoşdur. Bəzi insanların turizmi artıq inkişaf etdirmək məcburiyyətində olduğumuzu dərk etmələri yaxşı haldır.
Nahid Bağırovun rəhbərlik etdiyi Azərbaycan turizm assosiasiyasının necə cəhd və səylə bu istiqamətdə işlədiyini görürəm. AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin necə həvəslə və qətiyyətlə Moskvaya getdiyini gördüm. Azərbaycan turizmini Rusiyada təqdim və təbliğ edən əməkdaşların gözlərinin necə parladığını gördüm. Turizm nazirliyinin nümayəndəsi Vüqar Şıxməmmədovu Moskvada nə qədər iş gördüyünü gördüm...
Hər kəsin gözləri işıldayırdı. Çünki hamı hiss edirdi ki, necə işləmək lazımdır. İşləmək labüddür, əsası faydalıdır...
Biz qonaq qarşılamağı doğrudan da sevirik. Öz ölkəmizlə öyünməyi (sözün yaxşı mənasında) sevirik. Qonaqlar üçün kömək lazım olanda yardım etməyi sevirik.
İstənilən turist bizimçün sevimli qonaqdır, bizim qonağı necə qəbul etməyimiz barədə danışmağa dəyməz.
Ancaq ölkəmizdə turizmin inkişafı üçün normal şərait yaradılmasa, yuxarıda sadaladığım halların hamısı faydasız olacaq. Turizmin inkişafı üçün nominal yox, real dəstək göstərilməlidir.
Məsələn, turizmin inkişafı kənd təsərüffatının, heyvandarlığının inkişafı ilə birbaşa bağlıdır. Axı otellər qonaqları ucuz, ancaq keyfiyyətli yeməklə təmin etmək üçün kənd təsərüffatı mallarını ucuz qiymətə əldə etməlidirlər. Bu ölkədəki restoranlara da aiddir. Ancaq bizim kənd təsərüffatımızda nə baş verdiyini çox gözəl bilirik.
Hələ kənd təsərüffatı ayrıca götürülmüş nümunədir, turizmə təsir edən ən xırda faktorlardan sadəcə biridir.
Turizm və otel biznesi sahəsindəki kadrların üzərinə çox böyük məsuliyyət düşür. Moskvada öz otellərini təqdim edərkən nümayəndələsin yarısı, həqiqət də olsa deməliyik ki, bunu çox maraqsız edirdilər. Baxmayaraq ki, zal ağzına qədər Rusiyanın tur agentliklərinin nümayəndələri və rəhbərləri ilə dolu idi.
Tələbat bu qədər yüksək ikən öz turunu və otel şərtlərini sata bilməmək sadəcə olaraq iflasdır. Ona görə də turizm şirkətlərində, otellərdə, istirahət mərkəzlərində peşəkar kadrların olmasına diqqət yetirilməlidir...
Rusiyalı turist əmin olmalıdır ki, Azərbaycanda o, istəsə dağlarda, istərsə də dəniz sahilində istirahət edə bilər, qastronomik və ya şərab turuna qatıla, ölkənin təbiət müxtəlifliyindən zövq ala hətta tibbi turizmdən yararlana, məsələn, Naftalanda dincələ bilər. Və bütün bunlar baha olmamalıdır. Yeri gəlmişkən, bu həm də daxili turizmə aiddir.
Burada bütün turizm strukturlarının koordinasiya edilmiş birgə işinə ehtiyac var. Azərbaycan Turimz Assosiasiyası ilə AZAL-ın tur paket məsələsində razılığa gəlməsi, nəticədə kifayət qədər sayda Rusiya vətəndaşına ölkəmizdə ucuz istirahət edə bilmək imkanının verilməsi çox əlamətdar hadisədir. İndi bu turu savadlı şəkildə ptensial müştərilərə satmaq lazımdır.
Sonda nəticə çıxarsaq və məqalənin başlığında təqdim edilmiş suala cavabı belə olar – biz turizmi inkişaf etdir bilərik, potensial var, çox vaxt itirsək də, hələ də gücümüz var. Qarşıdakı iş nəhəngdir, çünki bu sahədə problem hədsiz çoxdur və çox iş görülməlidir.
Həmid Həmidov
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox