• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident: “Nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”

 Prezident: “Nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”
10.03.2016 11:22
"Azərbaycanda neftdən sonrakı dövr başlayıb, iqtisadiyyatımızı şaxələndiririk”

"2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir”.
 
APA-nın məlumatına görə, bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki,  Azərbaycanda neftdən sonrakı dövr başlayıb: "Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”. 
 
Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: "Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol