• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Dövlət başçısı: “Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq”

Dövlət başçısı: “Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq”
10.03.2016 11:35
"Multukultaralizm Azərbaycanda dövlət siyasətidir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir”.
 
APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, multukulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib: "Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır. Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.
 
Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: "Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Bu konsensus olmasa, daha böyük uğurlar əldə edə bilməyəcəyik. Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq”.
 
"Eurovision” mahnı müsabiqəsindən və Birinci Avropa Oyunlarından söz açan prezident, Azərbaycanın regionda daha proqnozlaşdırılan vəziyyət yaratmağa çalışdığını vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol