• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ADU ilə Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

ADU ilə Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
10.03.2016 15:22

Azərbaycan Dillər Universitetinin (ADU) Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Yaponiyanın Tsukuba Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti Sey Matsuşitanı qəbul etdi.
 
O, qonağı universitetdə görməkdən məmnun olduğunu söylədi və onu universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov adından salamladı. ADU-nun beynəlxalq əlaqələrindən danışan Ələddin Əliyev ali təhsil müəssisəsinin dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini sözlərinə əlavə etdi. ADU-da mövcud olan dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumat verən Ələddin Əliyev imzalanacaq müqavilənin hər iki universitet arasında tələbə-müəllim mübadiləsinin uğurla aparılacağına xidmət edəcəyinə əminliyini ifadə etdi.
 
Prorektor Ələddin Əliyev ölkə Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan-Yaponiya əlaqələrin dinamik inkişaf etdiyini söylədi. Bu mənada o, dövlətlərarası qarşılıqlı əlaqələrin inkişaf etməsinin təhsil sahəsinə də öz töhvəsini verəcəyini qeyd etdi, həmçinin tələbələr arasında yaranan ünsiyyətin daha intensiv olacağını, elm sahəsində yaranan əlaqələrin inkişafı nəticəsində dövlətlərimizə layiqincə xidmət edə biləcəyimizi vurğuladı.
 
Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən S.Matsuşita ADU-da olmaqdan şad olduğunu bildirdi . O, təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Yaponiya arasında mədəni əlaqələri daha da möhkəmlədəcəyinə inandığını qeyd etdi. S.Matsuşita Tsukuba universitetinin Rusiya universitetləri başda olmaqla bir çox ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini qeyd etdi. O, Azərbaycan universitetləri arasında ilk dəfə məhz ADU ilə müqavilə imzalanacağını vurğuladı.
 
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.
 
 
Görüşdən sonra Azərbaycan Dillər Universiteti və Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı. İmzalanmış müqavilədə iki universitet arasında müəllim, tələbə və elmi əməkdaşların mübadiləsi, birgə tədqiqat, elmi konfranslar və görüşlərin təşkili, informasiya mübadiləsi nəzərdə tutulub.
 
Qeyd edək ki, görüşdən öncə Yaponiyanın Tsukuba Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti Sey Matsuşita ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrə seminar keçdi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol