"Rusiya ilə müharibə etməyə nifrət edirəm"
Rusiya ilə müharibə etmək mənim xoşuma gəlmir, lakin mənim, baş komandan kimi, Ukraynanı müdafiə etmək vəzifəm var.
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin "TRT World” telekanalına müsahibəsində deyib.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Rusiya ilə müharibə etməyə nifrət edirəm, lakin, baş komandan kimi, Ukraynanı müdafiə etməyə borcluyam”, - deyə Poroşenko bildirib.
Ukrayna prezidenti, həmçinin, Rusiyanın Minsk sazişinin atəşkəsə və ağır silahların geri çəkilməsinə dair müddəalarına əməl etmədiyini qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox