• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanda yay vaxtına keçid ləğv olunacaq

Azərbaycanda yay vaxtına keçid ləğv olunacaq
11.03.2016 18:16
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib.

Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin "km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışıb.

Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, Avropanın əksər ölkəsində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir. Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alim Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu dilə gətirib.

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını deyib. Bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğulayıb.

Çoğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirib. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkib.

Fizika İnstitutunun baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov da mövzu ilə əlaqədar fikirlərini bölüşərək, ölkədə cari vaxtın saxlanılmasının tərəfdarı olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

Yer Elmləri Bölmələri akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, Azərbaycanda çox sayda monitorinq sistemləri var ki, bu sistemlər qrinviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A. Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Cəmiyyət 21:24
Misir Mərdanov AMEA-dakı vəzifəsindən uzaqlaşdırılıb
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol