• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Prezident debatları məktəb həyətində düşən davanı xatırladır”

13.03.2016 16:00
"ABŞ cari siyasi istiqamətinə qarşı yönlənən prezident debatları kinə əsaslanır və məktəb həyətində düşən davanı xatırladır.” ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Dallas şəhərində (Texas ştatı – red.) çıxış edərkən bildirib. Prezident hesab edir ki, prezidentliyə namizədlərdən bəzilərinin bəyanatları "ağ yalandır”, çünki Amerika, Obamanın prezidentliyi zamanı nailiyyətlərə imza atıb və əvvəlki kimi "dünyanın ən güclü ölkəsidir”.

Obama rəqiblərinə "Amerikanı zəiflətmək istəyən satqınlar kimi yanaşmayan” namizədlərə dəstək olmağa çağırıb.

Biz uşaqlarımıza siyasətin niyə məktəb davasına oxşadığını başa sala bilmirik.


Öz nitqində prezident ad çəkməsə də, daha çox respublikaçıları və onların namizədlərini tənqid edib – Donald Tramp və Ted Kruzu. "Bu fənddən onlardan biri deyil həmçinin, bu ştatdan olan centelmen də istifadə edir.” (Respublikaçıların namizədlərindən biri Ted Kruz Texasdan olan senatordur.)



O həmçinin respublikaçıların onu ABŞ vətəndaşlarına həddindən artıq siyasi mədəniyyəti aşılamaqda günahlandırmağına cavab verib.  "Burada artıq söhbət siyasi mədəniyyətdən getmir. Biz uşaqlarımıza siyasətin niyə məktəb davasına oxşadığını başa sala bilmirik. Bizim onları mitinqlərə aparmağa qorxmağımız və debatları izləməyə qoymamağımız düzgün deyil”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Amerikanın gələcəyini o insana etibar etmək olar ki, o amerikalıları birşlədirə bilsin, onlara üz-üzə gəlməyə imkan verməsin.
ABŞ prezident seçkiləri bu ilin noyabrında baş tutacaq. Seçkilərdə namizəd qismində Demokratlar partiyasından Hilari Klinton və Berdni Sanders, Respublikaçılar partiyasından isə  Con Keysik, Ted Kruz, Marko Rubio və Donald Tramp iştirak edirlər.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol