• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO

Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO
29.05.2020 06:41
Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.

Oxu.Az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumatına görə, Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi artıq dəqiqləşib.

Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: "Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır”.

Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib

22:16 (13.03.2016)

Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Oxu.Az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərinə görə, bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

21:15

Ankaranın Qızıl Ay rayonunda avtobus dayanacaqlarının olduğu yerdə güclü partlayış baş verib.

Oxu.Az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Partlayışın səbəbi hələlik məlum deyil.
 










 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünyanın axtardığı qadın Türkiyədə imiş - VİDEO+FOTOLAR
Dünya 06:41
Dünyanın axtardığı qadın Türkiyədə imiş - VİDEO+FOTOLAR
2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO
Dünya 06:41
2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO
Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO
Dünya 06:41
Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO
Brüssel metrosunda dördüncü partlayış: yaralananlar var - YENİLƏNİR
Dünya 06:41
Brüssel metrosunda dördüncü partlayış: yaralananlar var - YENİLƏNİR
İŞİD-dən ŞOK edam görüntüləri - FOTO/VİDEO
Dünya 06:38
İŞİD-dən ŞOK edam görüntüləri - FOTO/VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol