• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Gürcüstan yığmasına yeni baş məşqçi təyin olundu

Gürcüstan yığmasına yeni baş məşqçi təyin olundu
14.03.2016 20:51
Qonşu ölkə millisi slovakiyalı mütəxəssisə tapşırılıb

Futbol üzrə Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu, slovakiyalı Vladimir Vayssdır.

51 yaşlı mütəxəssislə DÇ-2018-in seçmə tsiklinin sonunadək müqavilə bağlanıb. O, Bakı "İnter"ində də çalışmış Kaxaber Tsxadadzeni əvəzləyib. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili təqdimat mərasimində bildirib ki, V.Vayss həm klub, həm də yığma təcrübəsinə malikdir. L.Kobiaşvili ilk dəfə belə baş məşqçinin yığmaya rəhbərlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Vladimir Vayss baş məşqçi karyerası ərzində "Petrjalka" (Slovakiya), "Saturn" (Rusiya), "Slovan" (Bratislava, Slovakiya) və "Kayrat" (Qazaxıstan) klublarında çalışıb. Onun ən böyük uğuru "Petrjelka" ilə Çempionlar Liqasına (2005/2006) və Slovakiya yığması ilə dünya çempionatına (2008) vəsiqə qazanması olub. Son zamanlar Azərbaycan Premyer Liqasından Gürcüstan yığmasına "İnter"in futbolçuları Nika Kvekveskiri, Giorgi Lomaya və Zurab Xizanişvili çağırılıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol