Alleqri “Yuventus”da qalır!
"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə müqaviləni yeniləyəcək.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə oynayacağı cavab qarşılaşmasından sonra 48 yaşlı mütəxəssis rəsmi müqaviləyə imza atacaq. "Yuventus" M.Alleqri ilə sözləşməni 2019-cu ilə qədər uzadacaq.
Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu sabah keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, M.Alleqrinin çalışdırdığı "Yuventus" ötən mövsüm ölkə çempionatının və İtaliya kubokunun qalibi olub, Çempionlar Liqasının finalına yüksəlib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox