• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmağa davam edəcəyik”

Ərdoğan: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmağa davam edəcəyik”
15.03.2016 17:22
"Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Azərbaycana gələcəyəm”

"Terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər”.
 
APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. 
 
R. T. Ərdoğan deyib ki, dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq: "Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik”. 
 
Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub: "Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxır”.
 
R. T. Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: "Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol