Daha bir məmur işdən çıxarıldı
"Azərsu” ASC-nin Bərdə Sukanal idarəsinin rəisi işdən çıxarılıb.
ANN.Az Report-a istinadən xəbər verir ki, idarə rəisi Vilayət Zamanov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı "Report”a bildirib:
"Bərdə Sukanal idarəsinin rəisi Vilayət Zamanov bu il martın 10-da öz ərizəsi ilə işdən çıxıb.
İdarəyə hələ ki, yeni rəis təyinatı olmayıb. İdarə rəisi vəzifəsini müvəqqəti olaraq rəis müavini Şəmil Əliyev icra edir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər