• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Qərb kəşfiyyatı: Rusiyanın Suriyada “blitskriq” planı baş tutmayıb

Qərb kəşfiyyatı: Rusiyanın Suriyada “blitskriq” planı baş tutmayıb
16.03.2016 17:19
Qərb kəşfiyyatı Rusiyanın Suriyada "blitskriq” (ildırım sürətli müharibə) planının baş tutmadığını bildirib.  
 
APA-nın xəbərinə görə, bu barədə "Financial Times” qəzetinə Avropa xüsusi xidmət orqanlarındakı mənbə bildirilib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, Rusiyanın ilkin planı sürətli hərbi kampaniya keçirərək Əsədin itirilmiş əraziləri qaytarmasına yardımçı olmaqdan ibarət idi.
 
Plan belə olub ki, sürətli hərbi kampaniya ilə bir neçə ay ərzində Əsəd qüvvələrinin Türkiyə sərhədinə qədər olan əraziləri ələ keçirməsinə, Hələb üzərində nəzarəti tam bərpa etməsinə kömək edilsin. Eyni zamanda, mötədil müxalifətin o həddə qədər zəiflədilməsi nəzərdə tutulubmuş ki, ABŞ onlara dəstəkdən imtina etmək və İŞİD-ə qarşı mübarizədə Rusiya ilə bərabər iştirak etmək məcburiyyətində qalsın.
 
Lakin müxaliflərin gözləniləndən daha güclü müqavimət göstərməsi, Türkiyə ilə qarşıdurmanın yaranması, İranın hərbi təsirinin güclənməsi və neftin qiymətlərinin uzun müddət 40 dollar civarında qalacağının bəlli olması Rusiyanın bu hərbi ekspedisiyada imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Suriyadakı əsas qüvvələrin çıxarılması barədə əmr verib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol