• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AMEA-nın Alimlər Evi açıldı

AMEA-nın Alimlər Evi açıldı
17.03.2016 17:17
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Alimlər Evi açılıb.

AMEA prezidenti, akademik Akif Əlizadə Alimlər Evinin açılış mərasimində çıxışında bildirib ki, Akademiyanın həm çox yaşlı nəsli, həm də indiki nəsli həmişə iki məsələ qaldırırdı. Onlardan biri Alimlər Evinin, digəri isə AMEA-nın poliklinikasının yaradılması idi.

Bu iki məsələnin həmişə Akademiyanın nəzərində olduğunu deyən A.Əlizadənin sözlərinə görə, Alimlər Evinin yaradılmasının əsas məqsədi alimlər arasında yaxşı, mehriban yoldaşlıq münasibətləri yaratmaq, alimlərin bir-biri ilə müzakirələr aparması, elmi işlər barədə söhbət etməsinə şərait yaratmaqdır: "Bu ev alimlərin yığıncaq evinə çevriləcək və burada tam azad şəraitdə elmi, mədəni mühit yaranacaq".

A.Əlizadə bildirib ki, Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin nəzdində təsis edilmiş Alimlər Evi Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.

O, qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi üçün bu yaxınlarda yeni xüsusi binanın ayrılacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol