• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Cərimələri ödəməyənlər ölkəni tərk edə bilməyəcək

Cərimələri ödəməyənlər ölkəni tərk edə bilməyəcək
17.03.2016 23:59
Azərbaycan prezidenti İlham Əliyev "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişikliklə bağlı fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, görə, dəyişiklik "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi çərçivəsində Ədliyyə Nazirliyinin vəzifələri ilə bağlıdır.

İndiyə qədər Ədliyyə Nazirliyinin məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən isə bundan sonra Ədliyyə Nazirliyinin məhkəmənin əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollar buz bağlayacaq
Cəmiyyət 18:30
Yollar buz bağlayacaq
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Cəmiyyət 16:28
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 15:48
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Cəmiyyət 15:05
Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 14:59
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 11:51
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol