Prezident ARDNF-nin xərclərini 30% artırdı
Dəyişikliyə əsasən ARDNF-nin 2016-cı il üçün gəlirləri 2133089,5 manat təşkil olunub
Azərbaycan prezidenti "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. "Report” "xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) müəyyən dəyişikliklər edilib.
Dəyişikliyə əsasən ARDNF-nin 2016-cı il üçün gəlirləri 2133089,5 manat yaxud 31,78% azaldılaraq 4 578 474,6 manata salınıb. Fondun xərcləri isə əksinə olaraq 2487534,00 min manat və ya 30,41% artırılaraq 10 668 933,7 manata atdırılıb.
www.ann.az
Son xəbərlər
Daha çox